Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


25.12.2017  09:25 

Azərbaycanlı miqrantların çox olduğu ölkələr - SİYAHI





A+  A-

“Rusiyadan bu il ərzində Azərbaycana gələn miqrantların sayı təxminən 170 min nəfərdir. Ümumiyyətlə Azərbaycanın Rusiya ilə çox sıx miqrasiya münasibətləri mövcuddur. 2017-ci il üzrə Azərbaycana gələn miqrantların əksəriyyətini Rusiya vətəndaşları təşkil etdiyi kimi, Azərbaycandan da miqrantlar ən çox məhz Rusiya Federasiyasına üz tutublar”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov qeyd edib.

O deyib ki, məlumata görə, Azərbaycandan ən çox miqrant məhz Rusiya Federasiyasına gedib. Bu siyahıda sonrakı yerləri Gürcüstan, Ukrayna, Türkiyə və İrana İslam Respublikası tutur.

Qeyd edək ki, eyni adamın il ərzində bir neçə dəfə Rusiyadan Azərbaycana gəlib- getməsi verilən statistikaya (170.000) daxil deyil.

Azər Allahverənov bu siyahıda Rusiyanın adının birici gəlməsinin səbəbini belə izah edib:

“Rusiya mənbələrində təxminən 2 milyon azərbaycanlının Rusiya ərazisində olduğu bildirilir. Bunun təxminən 500 mini Azərbaycan Respublikasının, 1 milyon yarımdan çoxu isə Rusiya Federasiyasının vətəndaşıdır.

Rusiyada yaşayan həmvətənlilərimiz də Azərbaycana gələndə miqrant kimi daxil olduqları üçün Rusiyanın adı bu sıralamada birinci gəlir”.

Xəbər 2675 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +