İlham Əliyev Xocavənd rayonunun Sos kəndində olub -FOTOLAR
Ərə veriləcəyi deyilən azyaşlının nənəsi danışdı - Video
Papa ad günün qeyd edir
Təyyarə qəzası baş verib...-Ölən və yaralananlar var
Estoniyadan bu ölkəyə MİLYONLUQ YARDIM
Daha bir general həbs edildi
Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya


08.02.2025  09:44 

İnternet oyunlarına məhdudiyyət qoyula bilər?





A+  A-

Bakı məktəblərində təhlükəli oyunla bağlı araşdırma aparılıb.

Sosial şəbəkədə yayılan məlumatlara görə, Bakı şəhəri, 200 nömrəli tam orta məktəbdə oxuyan şagirdlərə üzərində oyun loqosu və mobil nömrə yazılmış kağızların verilməsi iddia edilib. Məlumatlara əsasən, bu oyunla bağlı araşdırma aparıldıqda, onun dünyada geniş yayıldığı və uşaqları intihara təşviq etdiyi müəyyən edilib.

Sözügedən məktəbdən bildirilib ki, məsələyə dair məktəbdaxili araşdırma aparılıb, valideynlər məktəbə dəvət edilib və şagirdlərlə, valideynlərlə müvafiq söhbətlər aparılıb. Məktəbin psixoloqu tərəfindən şagirdlərə dəstəkləyici tədbirlər görülür.

XəzərNews.az Baku TV-yə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyevin sözlərinə görə, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu cəlb etmək məqsədilə 25 məktəbliyə belə vərəqələr verilib. Vərəqə internet platformalarında komanda formalaşdırmaq məqsədilə təşkil edilib və məsələyə dair tam və hərtərəfli araşdırma aparılıb. Həmin əməliyyatla bağlı ictimai təhlükəli hallar aşkar olunmayıb, kriminal tərkib isə mövcud deyil.

Elşad Hacıyev valideynlərə tövsiyə edib ki, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar. Onun sözlərinə görə, belə oyunlar azyaşlıları ictimai təhlükəli əməllərə sövq edə bilər.

Xatırladaq ki, bir müddət əvvəl Yardımlı rayonunda 15 yaşlı Ələkbər Şükürlü intihar edib. İddialara görə, yeniyetmə intihar etməzdən əvvəl məktub yazıb və həmin məktubda ona vaxt təyin edildiyi və özünü öldürməsi tələb edildiyi qeyd edilib. Bu hadisə azyaşlı və yeniyetmələrin təhlükəli oyunlara daxil olmasının qarşısını almağın vacibliyini bir daha gündəmə gətirib.

Mütəxəssislərin fikrincə, bu cür zərərli oyunların qarşısını almaq üçün xüsusi nəzarət proqramları və tətbiqlərdən istifadə edilə bilər. Bu proqramlar uşaqların telefonlarına daha rahat nəzarət etməyə imkan verir, həmçinin müəyyən saytların bloklanmasını təmin edir. Qərb ölkələrində, o cümlədən ABŞ və Avropada, sosial şəbəkəyə 13 yaşdan kiçik uşaqların girişi məhdudlaşdırılıb.

Millət vəkili Müşfiq Məmmədli də təhlükəli oyunların qarşısının alınması ilə bağlı təkliflər irəli sürüb. Onun fikrincə, bu oyunlar onların psixologiyasına ciddi təsir göstərir və uşaqlar onları reallıq kimi qəbul edirlər. Millət vəkili qeyd edib ki, bu məsələdə informasiya texnologiyalarının yeni nailiyyətlərindən istifadə edərək, ölkədə məhdudiyyətlər qoyulmalıdır.

Son dövrlər dünyada yayılan müxtəlif təhlükəli oyunlar geniş müzakirələrə səbəb olub. Türkiyə, Rusiya və digər ölkələrdə çox sayda yeniyetmə bu oyunların təsiri altına düşüb. Mütəxəssislər valideynləri uşaqlarının internetdə oynadıqları oyunlara diqqətlə yanaşmağa çağırır və onların yaş uyğunluğuna diqqət etmələrinin vacibliyini vurğulayırlar.

https://youtu.be/iIj-cdDwNmQ?si=BUflvzOPfnRCZCO3

Xəbər 3952 dəfə oxunub.




14.09.2025  14:42 

Papa ad günün qeyd edir

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +