Almaniyada azərbaycanlı dəstə başçısı tutuldu
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda


29.11.2022  13:19 

Prezident Batır Atdayevi qəbul edib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Türkmənistanın Baş nazirinin ticarət kompleksi üzrə müavini Batır Atdayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XəzərNews.az xəbər verir ki, Batır Atdayev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və ehtiramını Prezident İlham Əliyevə çatdırdı. O qeyd etdi ki, Azərbaycan Prezidentinin bu ilin iyununda Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərinə ölkəsində böyük önəm verilir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan-Türkmənistan ikitərəfli əlaqələrinin inkişafından məmnunluq bildirildi, ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçiriləcək iclasında müzakirə ediləcək məsələlər qeyd olundu, energetika, nəqliyyat, logistika, malların qarşılıqlı təchizatı məsələləri barəsində fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artdığı qeyd edildi, qarşıdakı dövrdə bu dövriyyənin daha da genişlənməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı. Eyni zamanda, gəmiqayırma, gəmi təmiri və digər sənaye sahələrində əməkdaşlıq imkanları müzakirə edildi.

Xəbər 2692 dəfə oxunub.




12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +