Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...


23.11.2022  10:57 

Zaqatalada fındıq niyə ucuzdur?





A+  A-

Hazırda Zaqatalada fındığın qiyməti çox ucuzdur, yəni keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox aşağı düşüb.

XəzərNews.az bunun səbəbini araşdırıb və maraqlı məqamlar ortaya çıxıb.

Zaqatala sakini Eldəniz İsmayıloğlu yazır ki, rayona kənardan gələn hər 10 manatın ən azı 7-8 manatı yerli məhsulların satışından gəlir:

"Bu 7-8 manatın da ən azı 6-7 manatı məhz fındıqdan gəlir. Yəni iqtisadiyyatın dili ilə desək Zaqatala Ümumi Daxili Məhsulunun (ÜDM) 60-70%-ni məhz fındıq təşkil edir. Fındıq sahəsində çalışan sahibkarların dediklərinə görə qiymətin belə ucuz olmasına səbəb dünyada fındığa olan tələbatın azalması və İtaliyanın "Feroro Group" şirkətinin Azərbaycandan fındıq almaması ilə əlaqədardır".



Bəs niyə "Feroro" Azərbaycandan fındıq almır sualına da cavab verən E.İsmayıloğlu əlavə edib ki, bunun da səbəbi bizim məhsulumuzda aflotoksinin (kiflənmə) tez-tez rastlanmasıdır:

"Guya kəndli fermerlər fındığa normadan qat-qat artıq gübrə verir. Amma bu tutarlı bir səbəb deyildir, çünki kəndli fındığa həmişə gübrə verib və heç vaxt da belə bir problem yaranmayıb. Bəs onda nədir səbəb, niyə "Feroro" bizim məhsulumuzu almır? Məncə əsl səbəb Zaqatalada yeni açılmış fındıq zavodudur. Bu zavod əlindəki inzibati resurslardan istifadə edərək Zaqatalada fındıq biznesini tamamən öz inhisarına alıb və ölkədən fındıq ixracatını öz nəzarətinə götürüb. "Feroro"-nun da Azərbaycandan məhsul almamasına səbəb məhz yaradılmış bürokratik əngəllərdir (rüsumların qaldırılması və s. və i.a. ola bilər)".

Hacı
XəzərNews.az


Xəbər 3710 dəfə oxunub.




12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +