Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq


20.06.2023  18:39 

Mübariz Mənsimov atasının dəfnində iştirak etməyəcək





A+  A-

“ATAmı itirdim. Bir az əvvəl ATAM dünyasını dəyişdi. Bu gün taleyimə ATAmı itirəcəyim gün kimi yazılmalı imiş. Bu ağrının nə olduğunu, necə olduğunu sözlə anlatmaq qeyri-mümkündür və mən o fikri də heç yaxına buraxmırdım ki, hansısa bir gündə mən də ATA boyda bir dünyadan məhrum olacam”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov çıxış edib.

“Sənə dağ demirəm, dünya demirəm, çünki SƏN əllərinin qabarı, üzünün nuru, nəfəsinin istisi, müdrik məsləhətlərinlə bunlardan böyük idin. Ən çətin anlarımda mənə dayaq, mənim dirəyim idin. Bu gün mən SƏNİ itirdim ATA.

Allah sənə rəhmət eləsin! Allah qəbrini nuru ilə şərəfləndirsin.

Bəzi şərəfsiz və namussuzların pis oyunlarına görə, atamı vətənimdə torpağa tapşıra bilməyəcəm. Çünki İstanbuldan çıxmamaqla bağlı məhkəmə qərarı qüvvədədir. İnanıram ki, mən orada olmasam da, siz mənim atamı tək qoymayacaqsınız. Bunu heç vaxt unutmayacağam.

Atam oğlu yanında olmadan torpağa veriləcək. Haqqını halal et, ATA!” - deyə M. Mənsimov bildirib.

Xəbər 2775 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +