Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq


19.06.2023  10:00 

Ağcabədidə əməliyyat: Silah, narkotika götürüldü





A+  A-

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri ilə silah-sursat satmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvələr məhkum olunmuş Zahid Abdullayev saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadla xəbər verir ki, o, Ağcabədi rayon ərazisinə gəldikdən sonra özü ilə gətirdiyi "Kalaşnikov-AKMS" markalı silahı və 4 ədəd patronu satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlaınılıb.

Şöbədə onun çantasına baxış keçirilən zaman həmin silah-sursat maddi sübut kimi aşkar olunaraq götürülüb.

Bundan əlavə, digər tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd ov tüfəngi də aşkar edilərək götürülüb.

Keçirilən başqa bir əməliyyat zamanı isə narkotik tərkibli çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Xəyal Məhərrəmov da saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş çətənə bitkiləri aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.



Xəbər 2478 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +