Ukrayna Belqorodu vurdu
Gürcüstan Azərbaycana olan borcunu tamamilə bağladı
Nazirlər ya telefonu götürmür, ya da... - Deputatdan sərt açıqlama
Prezident “Qarabağı“ təbrik edib
Tramp Polşa prezidentinə məktub göndərib
“Qarabağ” Bakıya qayıdıb
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Bakıda İsrail və Suriya görüşü keçiriləcək
Məktəbə gedən ana və iki övladını maşın vurub
“Qarabağ” tarix yazdı


10.09.2025  11:01 

PAKİSTAN RUSİYA-AZƏRBAYCAN SƏRHƏDİNƏ 50 MİN QOŞUN YIĞIR?





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin YouTube kanalında yayımlanır.

Verilişdə səsləndirilən əsas tezislər:

Vəhdət həftəsi – Həzrət Peyğəmbərin (s) mövludu ilə bağlı şiə və sünni alimləri arasında olan fikir ayrılıqlarını müəyyən qədər yaxınlaşdırmaq məqsədilə İran İslam İnqilabının banisi Ayətullah S.R. Xomeyni tərəfindən irəli sürülmüş təklifdir. O, sünni və şiə birliyini gücləndirmək üçün müxtəlif addımlar atmışdı. Məsələn, şiələrin kəlmeyi-şəhadətindəki “Əliyən-vəliyullah” ifadəsini vaciblikdən çıxarıb, müstəhəb əməl elan etmişdi. Yəni, demək savabdır, amma deməmək günah deyil. Halbuki, həmin vaxta qədər bu cümlə şiələr üçün kəlmeyi-şəhadətin ayrılmaz hissəsi sayılırdı.



İslam inqilabının mahiyyəti əslində bu iki yanaşmada özünü göstərir. ABŞ heç vaxt müsəlman dünyasının birliyinə çalışmayıb. Onun məqsədi müsəlmanları birləşdirib kiməsə qarşı qoymaq deyil, əksinə parçalamaq olub. Bu siyasət ABŞ-a Böyük Britaniyadan miras qalmışdı. Britaniya Yaxın Şərqdə hökmranlıq etdiyi dövrdə Səfəvilərin güclənməsi onu narahat etmişdi. Bu səbəbdən Səfəvilərin zəiflədilməsi və sonrakı dövrdə şiə torpaqlarının İranın təsirindən çıxarılması üçün ciddi işlər görmüşdü. Həmin dövrdə Əfşar və Qacar hakimiyyətləri də buna məcbur edilirdi.

İnqilabdan sonrakı dövrdə isə İran İslam Respublikası bu siyasəti artıq müstəqil şəkildə həyata keçirməyə başladı. Şiələrin vəhdəti istiqamətində heç bir real addım atılmadı. Məsələn, Tacikistandakı ismaililər ilə Yəməndəki husilər arasında əlaqələrin qurulmasına şərait yaradılmadı. Halbuki, bu əlaqələr yalnız İran vasitəsilə mümkündür.

Azərbaycan şiələri də inkişaf və güclənmə məqsədilə deyil, 200 il əvvəl ingilislərin müəyyən etdiyi, daha sonra ABŞ tərəfindən İran inqilabından sonra Tehran hökumətinə qəbul etdirilən plan çərçivəsində nəzarət altında saxlanılır. İslam inqilabının əsl mahiyyəti də məhz buradadır. Əvvəllər bu barədə danışmağa cəsarət olunmurdu, amma indi İran mediası belə məsələləri açıq şəkildə gündəmə gətirir, üstəlik, bunu müsbət kimi təqdim edir.

İranın Pakistana qarşı hücumları və onu İsrailin müttəfiqləri siyahısına daxil etməsi də eyni siyasətin tərkib hissəsidir.

Xəbər 2827 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub


BÜTÜN XƏBƏRLƏR +