İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


16.07.2019  12:06 

“BDU-dakı son dəyişikliklərə müqavimət göstərənlər var” - Rektor





A+  A-

Son aylar ərzində Bakı Dövlət Universitetində aparılan dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Buna açıq şəkildə müqavimət göstərənlər də var.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Ali təhsil müəssisələrində piar: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları" mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, universitetlər piar sahəsində rəqabət aparmalıdır, amma bu rəqabət sağlam olmalıdır: "Təəssüflər olsun ki, bəzən bu rəqabət çərçivədən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bizim təhsil sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada mən universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır".

Bu il BDU-nun 100 ili qeyd olunduğunu xatırladan rektor qeyd edib ki, mətbuat və informasiya sahəsində işlərini yenidən qurmaq üçün digər təcrübələri öyrənirlər.

E.Babayev onu da əlavə edib ki, bu gün Azərbaycanın söz azadlığı sahəsində çox böyük uğurları var: "Nə qədər gözü götürməyən qüvvələr olsa da, qara yaxmağa çalışsalar da, Azərbaycanda kifayət qədər söz azadlığı mövcuddur".

Xəbər 3837 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +