İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


01.04.2019  14:19 

“Həmin video ilə bağlı övladlarımın adının hallanması...” - İcra başçısı





A+  A-

“Dünən yayılan və ölkə gündəmini zəbt edən qızların videosu ilə bağlı xaricdə yaşayan Məhəmməd Mirzəli tərəfindən ortaya atılan iddia gülünc və mənasızdır. Burada mənim və övladlarımın adının hallanması şantaj və böhtan xarakteri daşıyır”.
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev deyib. O, bildirib ki, sözügedən videonun çəkilməsində və yayılmasında oğlunun iştirak etməsi ilə bağlı M. Mirzəli tərəfindən yutubda yerləşdirilmiş video başdan-başa uydurma və cəfəngiyatdır.

İcra başçısı eyni zamanda qeyd edib ki, nə onun özünün, nə də övladlarının Rusiyada heç bir biznesi yoxdur: “Əgər belə 1 biznes mövcuddursa, mən oradakı bütün obyektləri və gələn gəlirləri Mirzəliyə bağışlayıram. Bu uydurma məlumat əslində hüquqi məsuliyyət yaradır. Əgər o, Azərbaycanda yaşamış olsaydı, bu cür ağır ittihamlara görə qanun qarşısında cavab vermiş olacaqdı”.

Xəbər 3580 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +