İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


28.03.2017  12:31 

Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib





A+  A-

Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Elman Gəncəlizadə müvafiq sənədləri olmayan “İJ-70” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Bundan başqa İmişli rayonu Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng, Yardımlı rayon sakini Cəlal Vəliyevdən 1 ədəd nömrəsi silinmiş “Liama” markalı tapança, 1 ədəd nömrəsi silinmiş “AK” markalı silah və 13 ədəd avtomat patronu, Balakən rayon Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı isə müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.

Xəbər 3199 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +