Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto


20.03.2018  16:38 

Bakıda həbsdə olan futbolçunun cəzası azaldıldı





A+  A-

İran vətəndaşlarına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, adıçəkilən şəxslər kafedə yeyib-içərkən İran vətəndaşı Murtəza Azər və Bakı sakini Sədi Məmiyev onları daha yaxşı əylənə biləcəkləri bir məkana aparmalarını istəyiblər. Əvəzində gənclərin hesabını da ödəyəcəklərini deyiblər. Növbəti məkanda davam edən əyləncənin hesabı 750 manat olub. İran vətəndaşı buna etiraz edib və yalnız özü ilə dostunun hesabını ödəyib.

M. Məhərrəmov isə telefonunu girov qoyaraq hesabı ödəmək üçün pul gətirməyə gedib. Hesabı verdikdən sonra kafedən bir yerdə çıxıblar. Fatmayı qəsəbəsində Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar.

Məhərrəm Məhərrəmov “İnter” komandasında 17 yaşlılar üzrə yığmada çıxış edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov və O. Atayev 8 il, M. Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar apelyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun icraatında olan prosesdə hökm dəyişdirilib. Onların ittiham edildiyi quldurluq maddəsi soyğunçuluq maddəsinə tövsif edilib. N.Məmmədovun cəzası 2 ilə, digərlərinki isə 3 il 6 ay müddətə endirilib.

Xəbər 1481 dəfə oxunub.




22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb

18.09.2024  12:36 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +