Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.12.2025  10:28 

Zelenski NATO-dan imtina edir, amma...





A+  A-

Ukrayna Prezidenti Volodymyr Zelensky, ABŞ, Avropa və tərəfdaş ölkələrdən aydın və hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri müqabilində ölkəsinin NATO üzvlüyündən imtina etməyi nəzərdən keçirməyə hazır olduğunu bildirib.

XəzərNews.az Reutersə istinadla xəbər verir ki, o, bu barədə 14 dekabrda Berlində keçirilən danışıqlardan sonra deyib.

Zelenski ilə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkov və kürəkəni Cared Kuşner arasında danışıqların ilk günü beş saatdan çox davam edib. Müzakirələrin dekabrın 15-də davam etdirilməsi planlaşdırılır.

Vitkoff bildirib ki, görüş zamanı, xüsusən də Ukraynadakı müharibənin sülh yolu ilə həlli planı, iqtisadi məsələlər və təhlükəsizlik zəmanətləri ilə bağlı "əhəmiyyətli irəliləyiş" əldə edilib.

Zelenski vurğulayıb ki, Ukrayna lap əvvəldən NATO üzvlüyünü əsas təhlükəsizlik qarantiyası hesab edirdi, lakin bəzi Qərb tərəfdaşları bu yolu dəstəkləməyib. Bunun əvəzinə, Kiyev indi NATO-nun 5-ci maddəsinə bənzər şəkildə ABŞ-dan ikitərəfli zəmanətlər, eləcə də Avropa ölkələri, Kanada və Yaponiyadan öhdəliklər tələb edir.


Xəbər 622 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +