Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


14.12.2025  14:59 

Tahir İmanov başçını parodiya etdi - VİDEO





A+  A-

Əməkdar artist Tahir İmanov sosial şəbələdə yayımladığı video ilə gündəmə gəlib.

XəzərNews.az xəbər verir ki, aktyor Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovu parodiya edib. O, pencəyini göstərərək icra başçısının 26 min manat dəyərində olduğu iddia edilən plaşı ilə bağlı açıqlamasına ironik reaksiya verib:

"Bu plaşı 17 manata almışam. Siz onu görmürsünüz, çünki gözəgörünməzdir. Çindən gətiriblər. "Brend" sözünün mənasını isə bilmirəm. Bu ayaqqabını da mənə pulsuz veriblər, məktəbdə uşaqlar əmək dərsində hazırlayıblar. Qolumdakı orijinal "Rolex"i də pulsuz əldə etmişəm, dominoda udmuşam. Barmağımda brilyant üzüyüm var idi, onu da nərddə uduzmuşam. 7 manata da maşın almışam. Sağ olsun, oyuncaq mağazasının müdiri mənə endirim etdi. Hamıya 10 manata deyirdi, mənə isə 7 manata verdi. Belə".

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı icra başçısı açıqlamasında "Plaşımı üç il əvvəl 350 manata almışam" sözlərini deyib.//Axşam.az



Xəbər 1597 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +