Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


08.06.2022  11:42 

Eldar Əzizovla Vüsal Kərimli cəzasız qalır, bələdiyyə cərimələnir





A+  A-

Bakı Nəqliyyat Agentliyinin hər cür özbaşınalığı olmuşdu, amma paytaxtın mərkəzində ağac kəsib parklama yeri yaratması heç kimin ağlına gəlməmişdi. Ancaq bunu da etdi BNA… Ötən gün bütün respublika BNA tərəfindən Bülbül prospektində ağacın kəsilərək yerinin avtomobil dayanacağına çevrilməsindən danışdı.

XəzərNews.az xəbər verir ki, bu qanunsuzluqda birbaşa Bakı Şəhər İcra Hakimiyyəti ilə Bakı Nəqliyyat Agentliyi məsuliyyət daşısa da, ara yerdə Nəsimi rayon bələdiyyəsi 4 000 manat cərimələnib, sözügedən hər iki qurum isə cəzasız qalıb. Parklama yeri Kinometoqrafiya İttifaqının qarşısında olub. İttifaqın rəsmisi də təsdiqləyir ki, maşınların saxlanması üçün bu yerdə ağac kəsilib, sonra BŞİH və BNA parklanmanı təşkil edib.

Amma sözügedən qurumlar etdiyi qanunsuzluğa görə heç bir məsuliyyət daşımayıblar, “günah keçisi” kimi Nəsimi bələdiyyəsi cərimələnib.

Prezidentin meriyaya göstərişindən sonra parklanma ləğv olunub. Göründüyü kimi, BNA yenə də özbaşına hərəkətlərindən qalmır. Bu dəfə daha da irəli gedərək şəhərin ən mərkəzi yerlərindən birində qanunu pozub. Əslində, bu, cinayətdir. Paytaxtda yerli-yersiz, nahaq dayanma-durma cərimələri yazan BNA hələ bir bəhanə edir ki, biz şəhərdə nizam-intizam yaradırıq. Əgər budursa şəhərin parklanmasını təşkil etmək, deməli, BNA ağac kəsib yolu zəbt etməklə bunu həyata keçirirmiş. Buyurun, məsələnin Prezidentin diqqətinə çatması heç də BŞİH və onun tabeliyində olan BNA üçün yaxşı olmadı. Əslində bu faktdan sonra Eldar Əzizov və Vüsal Kərimli tənbeh olunmalıydı. Çünki dövlət başçısı bu qanunsuzluqdan xəbər tutmasaydı, hələ də orada parklama davam edəcək, ağac kəsimi cinayəti ört-basdır olunacaqdı. Əgər BŞİH və BNA səmimi olsaydılar, özləri vaxtında bu dərəbəyliyin qarşısını alardılar. Hələ bir üstəlik, günahı gah kimi İttifaqının üstünə yıxırlar, gah da Nəsimi bələdiyyəsi cərimələnir. Əcaib məmləkətdir…(reportyor.info)

Xəbər 1722 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +