Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


07.06.2022  20:10 

Geosiyasi fahişəlik...





A+  A-

Və yaxud, Rusiyanı aşağılamaq olar, ya olmaz?

Son 101 günün ən aktual mövzularından biri də budur. Və bu mövzunu aktual edən də elə Rusiya liderinin özüdür. Ona görə də Makron gedib Putinin yaxasından yapışmaq əvəzinə, Ukraynaya öyüd-nəsihət verməməlidir.

Məsələ burasındadır ki, Fransa prezidenti Emmanuel Makron danışıqlar prosesində Rusiyanın aşağılanmasını istəmir. Ukrayna XİN-in rəhbəri Dmitri Kulebanın "Rusiyanı aşağılamaqdan çəkinməklə bağlı çağırışlar Fransanın özünü alçaldır" tipli sərt cavabından sonra isə yəqin ki, Makron bundan sonra dilini dinməz yerinə qoyacaq və Fransanın imicini sarsıdan sarsaq açıqlamalar verməkdən çəkinəcək.

Onun son açıqlaması da göstərir ki, Makron bu müharibədə açıq-aşkar tərəf tutur, Putinin "agent"i kimi çıxış edir və yalnız Rusiyanın maraqlarına uyğun açıqlamalar verir.

Ukraynada müharibə başlayan gündən özünü ortaya atan, ifrat canfəşanlıq göstərən və Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün vasitəçi olmağa çalışan Emmanuel Makron "Ouest France" qəzetinə müsahibəsində Ukraynada döyüşlər dayandırıldıqdan sonra danışıqlar prosesi zamanı Rusiyanın alçaldılmamasının vacib olduğunu vurğulayıb və eyni zamanda Parisin müharibəənin sona çatması üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib.

Olmaz olsun bu cür "vasitəçilik".

Fransa Azərbaycan ərazilərinin erməni işğalı altında qaldığı 30 ildə necə ki, tam ermənipərəst mövqedən vasitəçilik nümayiş etdirirdisə, indi də Ukraynaya qarşı rusiyapərəst vasitəçilik mövqeyindən çıxış edir.

Əslində Fransanın adi fahişədən heç bir fərqi yoxdur. Çünki bu ölkə daim işğalçıların yanında yer alır. Bunun da dərin tarixi-etnopsixoloji səbəbləri var.

Ancaq Fransa kimi ölkələrin fahişəliyi onların liderlərinin üzünə çırpılanda ədalət qismən də olsa öz yerini tapır.

Dmitri Kulebanın Makronun ünvanına söylədiyi sözlər də Fransa liderinin geosiyasi fahişəliyinin ifşasıdır.

Sitat:

"Rusiyanı aşağılamaqdan çəkinməklə bağlı çağırışlar yalnız Fransanı və belə çağırış edən hər bir ölkənin özünü aşağılaya bilər. Çünki özünü alçaldan Rusiyadır. Hamımız Rusiyanı öz yerinə necə otuzduracağımıza diqqət yetirməliyik. Bu, sülh gətirəcək və insanların həyatını xilas edəcək".

D.Kuleba bu sözləri "Twitter" hesabında yazıb. Makron və onun təzə xarici işlər naziri Katrin Kolonna isə hələlik susur. Onlar Kulebaya adekvat cavab vermək üçün tutarlı əks arqumentlər axtarırlar. Arqumentlər isə yoxdur.

Makron bu açıqlaması ilə özünü tamamilə ifşa etdi. Rusiyanın işğalçı ordusu Ukraynaya soxulanda Makron bunu özünün ikinci dəfə Fransanın prezidenti seçilə bilməsi üçün göydəndüşmə fürsət kimi dəyərləndirmişdi.

Onun məqsədi həm də özünü dünyamiyaslı sülhsevər lider imicində təqdim etmək idi. Fransa prezidenti nədənsə, ümid bəsləyirdi ki, Rusiya-Ukrayna müharibəsi tez bitəcək və tərəflər arasında sülh danışıqları məhz onun vasitəçiliyi ilə baş tutacaq. Makron bu arada fürsətdən yararlanıb həm də Nobel Sülh mükafatı almaq istəyirdi.

Lakin Makronun bu planlarının əksəriyyəti necə deyərlər, suya düşdü. Düzdür, o, təkrar seçkilərdə sürünə-sürünə olsa da növbəti dəfə Fransa prezidenti seçilə bildi. Lakin nə vasitəçilik etməyi bacardı, nədəki dünyanın ən sülhsevər lideri obrazına yiyələnə bildi.

Müharibə isə davam edir.

Və bu müharibə Fransa, Almaniya kimi ölkələrin xarici siyasətinin nə qədər mənəviyyatsız, antibəşəri olduğunu üzə çıxarır. Bu ölkələrin liderləri yüzminlərlə dinc ukraynalıların canı, qanı üzərindən kirli oyunlar oynayır, Putinin qanlı əllərini sıxırlar.

Bəybala Mirzəyev

Xəbər 1744 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +