Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


18.09.2024  12:17 

İran Rusiya ilə münasibətdə gərginlik ocaqlarının sayını artırır -Video





A+  A-

Xəzərnews.az xəbər verir ki, Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.



M.Əhmədoğlunun səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:

İran Rusiya ilə münasibətlərini dəyişib və bu tək Zəngəzur koridoru ilə əlaqəli deyil, İranın Rusiyaya qarşı gərginlik ocaqları yaratmaqda iki əsas məqsədi var:

1. Rusiyaya qarşı mübarizə aparmağa hazır olduğunu ABŞ-a nümayiş etdirir.

2. İranın fikrincə, Rusiya-Ukrayna müharibəsi RF-i zəiflədir. Vaxtilə RF güclü olub, İranın torpaqlarını işğal edib. İndi İran keçmiş torpaqları olan Qafqaz üzərində siyasi- hərbi dominantlığını bərpa etməlidir. Rusiyanın İranla münasibətləri üzərində işləyən ekspertlər ya İranın siyasətini tanımırlar və bəlkə də bilərəkdən RF rəhbərliyini çaşdırırlar. Rusiyanın İran üzərində siyasətində işləyən mütəxəssislərin böyük əksəriyyəti də həmişə ermənilər olublar. Kremlin ətrafında belə şəxslər mövcuddur, daha çox XİN-də cəmləşiblər. Uzun müddət RF-nin İran səfirliyinin əməkdaşları arasında milliyyətcə ermənilər üstünlük təşkil edib. Hətta milliyyətcə erməninin səfir olduğu vaxt da olub. İranın Rusiyaya qarşı münasibətinin sərtləşməsinin cavabsız qalması İranı Rusiya üzərinə daha da şirnikləşdirib.

Hazırda İran Zəngəzur koridoru mövzusunda İrana müharibə elan etdi. İranın Rusiyaya qarşı saymamazlığı və müasir dövrdə ilk gərginlik ocağı ABŞ-ın İranın uranı zənginləşdirmə prosesinin faizinin artırılmaması mövzusu idi. ABŞ-ın fikrincə, İranın həm BMT TŞ-də, həm də bəzi vacib sahələrdə ən böyük himayəçisi Rusiyadır. BMT TŞ-də daimi müzakirələr olarkən Rusiya həmişə İranın lehinə səs verib. Çin də İranın tərəfindədir, bəzən Çin ərəb dövlətlərinin maraqlarını nəzərə alaraq BMT TŞ-də səsvermə zamanı neytral qalıb.

I. Hörmüzqanda AES tikintisini İran Rusiya ilə birgə planlaşdırmışdı və birgə tikmək istəyirdi. 1,2 MQV gücündə olan AES-in sonda 300 KVT gücünü azaltdı və özü tikəcəyini elan etdi. Sonradan o tikinti də davam etmədi.

Hazırda AES tikintisi ABŞ-ın Rusiyaya qarşı ən böyük geosiyasi mübarizə vasitələrindən biridir. Məhz Rusiyanın 1 MVT-dən yuxarı AES tikintisinə qarşı ABŞ 250-300 MVT-lıq modul tipli AES-lər tikməyi qarşısına qoyub. Bununla İran AES tikintisi mövzusunda Rusiyanın mövqeyindən imtina edib, ABŞ-ın mövqeyini dəstəklədi.

Bu, İranın mövqeyində dönüş idi. Rusiyanın BƏƏ-nin üçlü adasını publik dəstəkləməsi məhz bu ərəfədə baş verdi.

II. Uranın zənginləşdirmə faizinin artırılmaması mövzusunu ABŞ məhz Rusiyaya tapşırdı. İran Rusiyaya yox dedi. Rusiya Xİ nazirinin müavini və RF-in Vyanadakı nümayəndəliyinin rəhbəri Ulyanov müntəzəm bu işlə məşğul oldular. S.Lavrov bəyanat verdi. Rusiyanın səylərini İran rədd etdi. Rusiyanı rədd etdikdən sonra İran uranın zənginləşdirilməsi prosesini dayandırdığını özü bəyan etdi. Nüvə danışıqlarında da Rusiyanı imtina etdi və sonradan özü təkbaşına ABŞ-ın planına hə dedi.

III. İran Aktauda imzalanmış Xəzər hüquqi statusu ilə bağlı müqaviləni hələ də ratifikasiya etməyib. Rusiya bu mövzuda dəfələrlə müraciət etsə də İran Rusiyanı aldatmaqla məşğuldur.

IV. İran Avrasiya İqtisadi Birliyi ilə azad ticarət haqqında müqaviləni imzalasa da ratifikasiya etməyib. Bu qurumla əlaqə İranın sanksiya altında olan iqtisadiyyatı üçün faydalıdır. Yalnız Rusiya ilə siyasi əlaqələrin zəif görünməsi xatirinə bu müqaviləni imzalamır. Bu da ABŞ-a xoş görünmək üçün İranın addımlarından biridir.

V. İran Rusiyaya qaz və neft yataqlarının istismarına dəvət etdi. Artıq o vaxta qədər Qərb şirkətləri, TOTAL bu müqavilədən imtina etmişdi. Səbəb Qərbin sanksiyaları idi. Yaponiya maraqlandı, Çinə görə mövzunu davam etdirə bilmədi. İran bu adaları Çinə təklif etdi, sonra Çinlə də oyuna başladı. Nəhayət RF-ə təklif etdi. Rusiya mövzuya ciddi surətdə yanaşdı, Pars-2 yatağı ilə ciddi maraqlandı. Az sonra bu danışıqları İran dayandırdı, əvəzində İran 4 ən böyük neft yatağını müzakirəyə çıxartdı. İş müqavilə imzalamaq mərhələsinə qədər gəldi çatdı. RF baş nazirinin müavini səviyyəsində nümayəndə heyəti Tehrana gəldiyi gün İran neft müqavilələrinin imzalanmasını pozdu, dediyi sözləri dandı. RF nümayəndə heyəti narazı halda geri qayıtdı. Neft müqavilələrini özü imzalayacaq.

VI. Şimal-Cənub dəmir yolu marşrutu ilə bağlı İran Rusiyanı ələ salmaqda çempion hesab edilə bilər. İran əvvəlcə özünün investor axtaracağını bildirdi. Sonradan Rusiya mövqeyini qətiləşdirdikdə İran investisiya qoymaq imkanının olmadığını etiraf etdi və xarici investor axtaracağını bildirdi. Bu da alınmadı. Xeyli müddət keçdikdən sonra V.Putin Rusiyanın bu tikintini maliyyələşdirəcəyini vəd verdi və 1,6 milyard avroluq müqavilə layihəsi hazırlandı. İran Rəşt-Astara dəmir yolunun tikintisində hətta geodeziya işlərinin aparılmasına və dəmir yolunun keçəcəyi torpaq ərazilərin əhalidən alınması işinə başlamayıb.

VII. İranın İsraili məhv etmək çağırışı bəllidir. İndi bunun ritorika olduğu aydın olub. Çünki 7 oktyabr HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibə dövründə Rusiya İrana İsrailə qarşı müharibəyə keçməyi təklif etdi və Rusiya da İrana kömək edəcəyini bildirdi. İndi İran mətbuatının yaydığı məlumatdan hazırda Yaxın Şərqdə İsrailə atılan raketlərin böyük əksəriyyəti Rusiyanın “Katyuşa”larıdır. Dünyanın başqa regionunun mətbuatında “Katyuşa”nın adına rast gəlinmir. Bundan ötrü V.Putin Yaxın Şərqə, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına səfər edib, onlarla İsrailə hücumu razılaşdırdı. İran prezidenti İ.Rəisini Kremlə dəvət etdi. İ.Rəisi razılaşdı, sonradan Tehrana qayıtdıqdan sonra İran tərəfi bu variantdan imtina etdi. İsraillə Rusiyanın arasında müasir gərginlik məhz İran mövzusundadır. İsrail Suriyadan İranı çıxarmağı Rusiyadan xahiş etmişdi. Rusiya əvvəlcə buna laqeyd yanaşdı, sonra İsrail Ukraynaya Rusiyanın ən müasir silahlarını neytrallaşdıra bilən silahlar verəcəyini gündəliyə gətirdi və RF razılaşmalı oldu. İndi isə RF İrana anti-İsrail variant təklif etdi. İran bunu qəbul etmədi və Rusiya-İsrail münasibətlərində indiki dövrdə gərginliyin səbəbi İran faktorudur. İran üzrə bu mövzuda Rusiyanın hesablamaları səhv çıxdı.

İndi Rusiya İrana qarşı cavab addımları ata bilər. Ola bilər RF-in cavab addımları ABŞ-ın Rusiyaya münasibətini dəyişə bilər. İsrail İran mövzusunda özünü vəziyyətin sahibi hesab edə bilər. Nəticədə Ukrayna müharibəsi unudula bilər. Əsas hədəf Yaxın Şərqdə İranın neytrallaşdırılması üzərinə yönələ bilər. Bu həm BMT TŞ-də, həm də beynəlxalq aləmin strukturlarında hərbi baxımdan İran üçün ciddi problemlər yarada bilər.

Yaranmış vəziyyət soydaşlarımızın İran ərazisində və yaxud İrandan kənarda yaşamasından asılı olmayaraq İran cənublu soydaşlarımızın xüsusi aktivliyini tələb edir. Faktiki bu gün idarə olunmur. Bu gün İran adlanan dövlətin idarəçilik konsepsiyası yoxdur. Dövlət adından yalanlar uydururlar. İndi hazırda Rusiya ilə nə qədər layihələr ortalığa qoyulub. İki qaz, 4 neft yatağı qoyuldu. Rusiyanın nümayəndə heyəti Tehranda müqavilə imzalayan anda İran imtina etdi. İndi də V.Putin bildirir ki, İran Rusiyadan qaz istəyib. İran dünyanın 4 qaz nəhəngindən biridir. Hətta bəzi iranlılar qazın həcminə görə dünyada birinci hesab edirlər. İrana qaz niyə lazımdır. Vaxtilə SSRİ İrandan qaz alıb. İndi İran Rusiyadan qaz istəyir. Onlar iqtisadi əlaqələri bu yolla genişləndirmək istəyirlər. Bu nüvə texnologiyalarına, digər kommunikasiyaya da aiddir. Şimal-Cənub marşrutu ilə də bağlı ilk müraciətlər İranla bağlıdır. Bu zaman Azərbaycan Qəzvin-Rəşt dəmir yolunun tikintisinə 600 milyon kredit ayırdı, tikildi. İran sonra Rəşt-Astara dəmir yolunun tikintisini yubatdı. Azərbaycanla birlikdə tikmək istəmədi, Azərbaycandan kənardan keçirmək istədi. Nəhayət Azərbaycan Rəşt-Astara dəmir yolu üçün 500 milyon dollar kredit ayırdı. Amma bu kredit ayrılanda artıq ABŞ sanksiyaları hədsiz sərtləşmişdi, yəni İrana pul köçürmək mümkün deyildi və Rusiyaya müraciət etdi. Danışıqlardan sonra Rusiya razılaşdı, indi də Rusiyadan imtina edir. Bəlkə də RF prezidentinin köməkçisi İ.Levitinin sayı ikinci onluqla ölçülür. İ.Levitin Rusiyanın nəqliyyat üzrə ən böyük mütəxəssisdir. RF-in Nəqliyyat naziri işləyib, sonradan prezidentin köməkçisi işlədi. İqor Levitin uzun müddət Rusiyanın Nəqliyyat naziri işlədiyi dövr ərzində Rusiya-Ermənistan hökumətlərarası komissiyanın Rusiya tərəfindən həmsədri olub. Moskvadakı erməni lobbisinə bağlı adamdır. Əgər o bu qaydada Azərbaycanın lehinə çalışırsa, bu yalnız V.Putinin təkidli tələbi ilədir. V.Putinin sonuncu seçkisindən sonra nəqliyyat üzrə köməkçilərinin sayı artırıldı. İqor Levitin məhz Şimal-Cənub dəmir yolunun Azərbaycandan keçən hissəsi üzrə prezidentin köməkçisidir. Hazırda nə baş verirsə azərbaycanlıların ətrafında baş verir. Tehranın köçməsi də azərbaycanlılarla başlamışdı, bəlkə də alt qatında azərbaycanlı məsələsi var. Bizim cənublu soydaşlarımızın aktivləşməsi çox vacibdir. Bu elə məsələlərdir ki, birbaşa fars rejiminin üstünə hücum çəkməyə ehtiyac yoxdur. Ağıllı davranışla çox şeyi həll etmək olar.

Xəbər 3146 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +