“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident


02.02.2022  22:40 

“Gənclər bu fitnələrə heç vaxt uymayacaq“ - İlham Əliyev





A+  A-

"Əminəm ki, Azərbaycan gəncləri bu fitnələrə heç vaxt uymayacaq".

XəzərNews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.

Prezident İlham Əliyev bildirib ki, hazırda da Azərbaycana qarşı informasiya təxribatları davam edir. Amerika Prezidenti Donald Tramp “Washington Post” və “New York Times” qəzetlərini feyk-nyus adlandırıb.

Bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib. Yalan məlumat ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir. “İdarə edənlər də eyniləridir, yəni, qeyri-hökumət təşkilatları, dünyanın əsas qeyri-hökumət təşkilatları”, - deyən dövlətimizin başçısı “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”, Soros və onun nəzarəti altında olan qurumların böyük dövlətlərin büdcələrindən maliyyələşdiyini və hədəfin Azərbaycan olduğunu diqqətə çatdırıb.

“Bu səylər davam edəcək. Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davam edəcək”, - deyən Prezident İlham Əliyevin sözlərinə görə, gələcəkdə bu ölkənin məsuliyyətini öz üzərinə götürən gənclər elə etməldirlər ki, heç vaxt onlar bizə qalib gəlməsinlər.

“Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaqlar. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə - hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Xəbər 1332 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +