14.02.2017 14:21
Politoloq Zərdüşt Əlizadə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy haqqında tənqidi fikirlər səsləndirib. O, Elçibəyi siyasi savadının olmamasında, Qarabağda vəziyyəti ağırlaşdırmaqda və başqa məsələlərdə günahlandırıb.
Zərdüşt Əlizadənin “Lent.az”a müsahibəsində səsləndirdiyi qalmaqallı fikirlər Elçibəyin keçmiş silahdaşlarını hiddətləndirib.
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan sabiq baş naziri Pənah Hüseynov deyib:
“Zərdüşt Əlizadənin bu mövzuda mövqeyi çoxdan bəllidir. Onun indi dedikləri də o qədər əhəmiyyətli deyil. Zərdüşt Əlizadənin Elçibəyə münasibətini ancaq patologiya anlayışı ilə izah etmək mümkündür. Çünki heç bir məntiqə və irrasional bir izaha söykənmir. O baxımdan da Əlizadənin ara-sıra siyasi mövzulardakı şərhləri bəzi adamlar tərəfindən oxunsa da, onun Elçibəy haqqında dedikləri çoxdan öz əhəmiyyətini və aktuallığını itirib.
Elçibəy Azərbaycan tarixində öz yerini tutub. Cəmiyyətin mütləq əksəriyyəti Zərdüşt Əlizadə və onun kimilərin dediklərindən asılı olmayaraq, Əbülfəz Elçibəyi Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən hesab edirlər. Əbülfəz Elçibəyi təkcə Azərbaycan cəmiyyəti deyil, eyni zamanda da həm türk-müsəlman dünyasının önəmli adamlarından sayılır, həm də çağdaş dünya demokratik hərəkatının öncülərindən biri kimi qəbul edilir.
Zərdüşt Əlizadənin dedikləri Əbülfəz Elçibəy haqqında deyil, özü haqqında yeni nəsildə əlavə fikir formalaşdırır. Məşhur bir deyim var ki, yalan nə qədər böyük olsa, bəziləri ona daha tez inanar. Zərdüşt Əlizadənin səsləndirdiyi fikirlər onun yalanlarından ibarətdir, heç bir tarixi həqiqət yoxdur. Rus qoşunlarının Azərbaycandan çıxarılması məsələsi müstəqilliyimizn möhkəmləndirilməsi, həqiqi müstəqillik əldə etmək üçün və o dövrdə nəinki Qarabağın, digər torpaqlarımızın işğalının qarşınının alınması məqsədilə irəli sürülmüşdü. Bu, beynəlxalq müqavilələrə əsaslanırdı. Əlbəttə ki, məsələnin gerçəkləşməsində Elçibəyin siyasi iradəsinin mühüm rolu olub. Təsadüfü deyil ki, Elçibəy hakimiyyətdən getdikdən sonra da o və komandasının yeritdiyi bu siyasət Azərbaycan siyasətinin fundamental prinsipləri kimi qalır. Bu siyasət Azərbaycanın hazırki hərbi doktrinasında, Konstitusiyasında və digər sənədlərində də əksini tapıb. O baxımdan da Zərdüşt Əlizadənin dedikləri əsassızdır”.
Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlunun da Zərdüşt Əlizadəyə cavabı sərt olub:
“Zərdüşt Əlizadə adına və soyadına hörmət etməyən və adının, soyadının mənasını bilməyən adamdır. Alimdir və ağsaqqal bir yaşdadır, o yaşda olan adamlar danışanda adətən gənclər kağız-qələm götürüb qeydlər aparırlar ki, görək bunun ağzından nə çıxacaq. Atası ona Azərdüşt adından görtürərək Zərdüşt adını qoyub. Amma o adını dəyişəndən sonra nə istəsə danışa bilər. O soyadını da dəyişsin, Əlizadə Əli uşağı deməkdir, Əli oğulları belə danışmaz. Bu adam ağzına və ağlına gələni danışırsa, buna o qədərdə əhəmiyyət vermək lazım deyil. Elçibəyin haqqında danışmaq üçün mənəvi haqqa malik olmaq lazımdır. Zərdüşt Əlizadə bu gündə Elçibəydən qorxur, mübarizə aparır, amma Elçibəy fiziki olaraq dünyada yoxdu. Elçibəy böyük bir zümrənin mənəvi atasıdır. Amma özünün fiziki atasına, valideynlərinə hörmət etməyən Zərdüşt Əlizadə nə bilsin ki, mənəviyyat nə deməkdir? Özü bir atalıq və oğulluq görməyən adam nə bilər ki, ata və oğul nə deməkdir? Zərdüşt Əlizadənin Elçibəyə qarşı olan mübarizəsi bitmədimi?.. Bu qədər kin, küdurət, nifrət və bu qədər antitürkçü olmaq nədəndir?.. Adam bu qədər qarışıqdır ki, hələ də mübarizəsini davam edir?... Bu qanı qarışıqlığın nəticəsidir, yoxsa nədir?..
Elçibəy 17 ildir dünyasını dəyişib, amma bu adamlar hələ də fikirlərini dəyişmirlər. Adam öz keçdiyi yola, özünün olduğu yerə hörmət eləməlidir. Elçibəylə birlikdə onlar Azərbaycan Xalq cəbhəsini qurublar, sonra da ayrılıblar. O zamankı Dövlət Təhlükəsizlik Komitəsinin məsləhət gördüyü adamı onlar sədr seçdirə bilməyiblər. Bu dava ölənə qədər davam edəcək. Bir az ayıb bilən, həya bilən adamlar ehtiyatlı olmalıdırlar”.
Xatırladaq ki, Zərdüşt Əlizadə Elçibəy haqqında aşağıdakı qalmaqallı fikirlər səsləndirib:
“…Elçibəy də ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi. 90-cı illərin əvvəllərinin cahil camaatı isə onun dediklərinə inanırdı…
...Ətrafındakı adamlar da bu siyasi Şeyx Nəsrullahdan istifadə edib, xalqın aldadılmasına xidmət edirdilər. Yalan ayaq tutar, yeriməz! Ona görə də cəmi bir ildən sonra Elçibəyin qurduğu hakimiyyət çökdü. Mən həmişə o fikirdə olmuşam ki, Elçibəyin liderliyi Azərbaycanın demokratik hərəkatına böyük bəlalar gətirəcək. Dediyim kimi də oldu....
...siyasi savadı yox idi...
...kimsə öz siyasi mənfəəti naminə durub deyəndə ki, Elçibəy Məmmədəmin yolu gedirdi, mənə çox ağır gəlir. Məmmədəmin hara, Elçibəy hara?
...Elçibəy və onun komandası Azərbaycanı elə dərin bir girdaba saldılar ki, xalq yolu Heydər Əliyevi çağırmaqda gördü....
…Elçibəy özü kürd idi...”.
|
01.11.2024 20:55
01.11.2024 17:41
01.11.2024 17:33
01.11.2024 11:04
01.11.2024 00:35
31.10.2024 20:18
31.10.2024 20:12
31.10.2024 20:01
Keçmiş direktorla nazirlik arasındakı məhkəmə çəkişməsi davam edir
31.10.2024 19:59
31.10.2024 16:58
31.10.2024 16:52
31.10.2024 13:02
Mirzoyan: Hər şey qarşılıqlı bərabərlik əsasında aparılmalıdır
31.10.2024 01:52
Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atdı
31.10.2024 01:48
30.10.2024 16:51
Diasporumuz Türkiyə Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş tədbirdə iştirak edib -Foto
30.10.2024 16:24
30.10.2024 13:14
30.10.2024 13:07
30.10.2024 12:39
29.10.2024 12:01
29.10.2024 11:24
28.10.2024 19:55
28.10.2024 19:32
28.10.2024 17:11
28.10.2024 16:59
28.10.2024 16:04
28.10.2024 15:57
27.10.2024 16:15
26.10.2024 17:57
DABF Zəfər günü ilə əlaqədar İsveçdə elmi konfrans keçirdi - VİDEO
26.10.2024 14:01
25.10.2024 16:51