06.02.2017 11:17
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun "Nezavisimaya qazeta"da dərc olunan və Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif etdiyi qərəzli məqaləsinə cavab verib.
XəzərNews.az-ın məlumatına görə, "Nezavisimaya qazeta"da nəşr olunan "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Vladimir Kazimirovun əyri güzgüsündə" sərlövhəli məqaləsində H.Hacıyev Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməməsini daha çox beynəlxalq vasitəçilərin işlərini tam yerinə yetirə bilməməsi, onların erməniləri beynəlxalq hüquq və xalqların dinc yanaşı yaşama qaydalarına hörmət etməyin zəruri olmasına inandıra bilməməsi ilə bağlı olduğunu vurğulayıb.
"Azərbaycan torpaqlarının işğalı davam edir. Özü də təcavüzkara qarşı beynəlxalq qınama və sülhə məcburetmə tədbirləri tətbiq olunmur. Bunun səbəbi Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən "qeyri-konstruktiv mövqe" yox, işğalçı tərəfin bütün beynəlxalq qərarları, həmçinin məcburi xarakter daşıyan BMT Təhlükəsizlik Şurasının qətnamələrini sabotaj etməsidir", - deyə mətbuat xidmətinin rəhbəri bildirib.
Azərbaycan XİN-in sözçüsü söyləyib ki, V.Kazimirov sənədli ekvilibristikaya müraciət edərək hər vəchlə təcavüzkarı müdafiə edir. Eyni zamanda, Ermənistanın təmas xəttində monitorinqlə bağlı tədbirlər haqqında uzun-uzadı danışaraq "stutus-kvo"nu uzatmaqla bağlı mövqeyinə müəyyən dəstək illüziyası yaratmaqla vəziyyəti yalnız qəlizləşdirir.
"Hərçənd hər cür insidentdən qaçmağın yeganə və ən etibarlı yolunun Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması olduğunu açıq-aydın görünür. Yalnız bu halda münaqişənin hazırda davam edən danışıqlar prosesi çərçivəsində yekun siyasi həlli istiqamətində irəliləyiş olacaq", - deyə XİN-in sözçüsü əlavə edib.
Məqalədə H.Hacıyev eyni zamanda V.Kazimirova sualla müraciət də edib: "Özünüzü səlahiyyətli şəxs hesab edirsinizsə, nə üçün həmsədrlər 1996-cı ilə qədər münaqişənin həllinə nail ola bilməyib?!"
|
01.11.2024 20:55
01.11.2024 17:41
01.11.2024 17:33
01.11.2024 11:04
01.11.2024 00:35
31.10.2024 20:18
31.10.2024 20:12
31.10.2024 20:01
Keçmiş direktorla nazirlik arasındakı məhkəmə çəkişməsi davam edir
31.10.2024 19:59
31.10.2024 16:58
31.10.2024 16:52
31.10.2024 13:02
Mirzoyan: Hər şey qarşılıqlı bərabərlik əsasında aparılmalıdır
31.10.2024 01:52
Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atdı
31.10.2024 01:48
30.10.2024 16:51
Diasporumuz Türkiyə Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş tədbirdə iştirak edib -Foto
30.10.2024 16:24
30.10.2024 13:14
30.10.2024 13:07
30.10.2024 12:39
29.10.2024 12:01
29.10.2024 11:24
28.10.2024 19:55
28.10.2024 19:32
28.10.2024 17:11
28.10.2024 16:59
28.10.2024 16:04
28.10.2024 15:57
27.10.2024 16:15
26.10.2024 17:57
DABF Zəfər günü ilə əlaqədar İsveçdə elmi konfrans keçirdi - VİDEO
26.10.2024 14:01
25.10.2024 16:51