Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


26.07.2017  14:23 

Ətin qiyməti niyə bahalaşır... - SƏBƏBLƏR





A+  A-

Ötən ildən başlayaraq ölkədə ətin bahalaşması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Eyni zamanda, yay mövsümündə ətin ucuzlaşmasına adət edən insanlar bu il əksi ilə qarşılaşıb. Belə ki, təxminən bir ay əvvəl 10 manat 50 qəpiyə qədər ucuzlaşan dana əti hazırda 11-12 manata, 12 manata təklif edilən qoyun əti isə 13 manata qədər bahalaşıb. Fermerlər bunu otun bahalaşması ilə əlaqələndirir. Biçin mövsümü olmasına baxmayaraq, ot bağlamasının qiymətlərində də artım müşahidə edilir. Onlar deyir ki, bir ay əvvəl 2 manat-2 manat 50 qəpiyə satılan ot bağlamasının qiyməti hazırda 4 manat 50 qəpiydir. Eyni zamanda, sahələrdə yoncanın yetərincə olmadığını bildirirlər.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov heyvandarlıq sahəsində vəziyyətin ürəkaçan olmadığını bildirib:

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adambaşına müəyyən etdiyi illik ərzaq, qida norması var. ÜST-nin müəyyən etdiyi normaya uyğun olaraq adambaşına il ərzində 85 kq ət tələb olunur, bu da ölkə üzrə təxminən 850 min ton ət istehsalı deməkdir. Amma Azərbaycanda cəmi 290-300 min ton, yəni adambaşına il ərzində 29-30 kq ət istehsal olunur. Bu isə o deməkdir ki, ölkə əhalisinin ət və ət məhsullarına olan tələbatın yalnız 38 faizi daxili istehsalhesabına ödənilir. Nəzərə alsaq ki, adambaşına il ərzində 3 kiloqram da ət və ət məhsulları idxal olunur, bununla birlikdə ümumilikdə ölkə əhalisinin bu məhsula olan tələbatının yarısı belə, ödənilmir.

Süd məhsulları ilə bağlı da qeyd etməliyəm ki, ÜST-nin müəyyən etdiyi normaya uyğun olaraq il ərzində adambaşına 360 kq süd və süd məhsulları istehlak olunmalıdır. Azərbaycan bu tələbatın yarısını daxili istehsal hesabına təmin edə bilir. İl ərzində ölkənin 3,4 milyon ton südə ehtiyacı olduğu halda, bunun 1,7 milyon tonu daxili istehsal hesabına təmin olunur. Ümumiyyətlə cəmi idxal edilən ət və süd məhsullarını da nəzərə aldıqda, ölkə əhalisinin bu məhsullara olan tələbatının yalnız bir hissəsi ödənilir”.

Ekspert hesab edir ki, bütün bunlar həyata keçirilən yanlış siyasətin nəticəsidir:

“Son zamanlar taxılçılıq, pambıqçılığın inkişaf etdirilməsi üçün örüş sahələri, təbii biçənəklər, hətta çoxillik yem bitkilərinin altında olan sahələr kəskin azaldılıb. Kəndlilər uzun müddət idi ki, həmin ərazilərdə mal-qara saxlayırdılar. Otlaq sahələri əllərindən alınan kəndlilər mal-qaranı kəsimə verməyə məcbur oldu. Buna görə də ət ötən il bölgələrdə 4-5 manata qədər ucuzlaşmışdı. Çünki heyvanları saxlamağa yer olmadığından hamısını kəsimə vermişdilər. Nəticədə təklif artdı deyə qiymət ucuzlaşdı”.

V.Məhərrəmovun bildirir ki, ölkəyə ət və süd idxalı kəskin artıb:

“Bu ilin birinci altı ayında ət idxalı iki dəfə, süd və süd məhsulları idxalı 60 faiz artıb. Ölkədə alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir zamanda ətə və südə tələbat niyə artıb? Niyə ətin qiyməti yayda həm də alıcılıq qabiliyyəti aşağı olduğu bir vaxtda bahalaşır? Çünki istehsal o dərəcədə azalıb ki, idxalın artımı hesabına kompensasiya edilir.
Bu ilin altı ayında iki dəfə artıq vəsait xərcləmişik. Pambıqdan əldə edilən valyuta 2016-cı illə müqayisədə 19 milyon dollar artıb. Amma ət və süd idxalı keçən illə müqayisədə 38,8 milyon dollar artıb. 2015-ci ildə 18 min hektar, 2016-cı ildə 51 min hektar, 2017-ci ildə isə 134 min hektar ərazidə pambıq əkilib. Bu da dediyim kimi örüş, yonca sahələrinin, təbii biçənəklərin hesabına baş verdi. Bazarda təklif az, idxal isə monopoliyada olduğu üçün bu məhsulların qiymətləri yüksək olaraq qalır”.

(modern.az)

Xəbər 1721 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +