Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


14.06.2017  08:52 

Banklara verilən vaxt başa çatır





A+  A-

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində (31 mayadək) maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər.
XəzərNews.az Marja-ya istinadən xəbər verir ki, iyunun əvvəlində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bir qrup bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilmişdi. Görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilmişdi.

Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd etmişdilər.

Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olunmuşdu.

"MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq",- Palatanın yaydığı məlumatda qeyd edilmişdi.

Banklara verilən vaxt isə artıq başa çatır. Bu gün iyunun 14-dür. Sabah Milli Qurtuluş Günü ilə əlaqədar qeyri-iş günü olduğundan banklar bu gün axşamadək audit hesabatlarının dərc olunmasını təmin etməlidirlər. Banklar qısa müddətdə illik hesabatı öz saytlarında yerləşdirə bilərlər. Hesabatların qəzetlərdə dərci bir neçə gün tələb edə bilər.

Qeyd edək ki, 13 bank texniki səbəblərə, auditorlarla olan fikir ayrılığına və bankların auditinə dair tələblərin ciddiləşdirməsinə görə illik hesabatını vaxtında dərc edə bilməmişdi. Palatanın xəbərdarlığından sonra həmin 13 bankdan yalnız Bank VTB Azərbaycan illik hesabatını rəsmi internet səhifəsində yerləşdirib.

Hələ də Bank BTB, AGBank, Azərbaycan Beynəlxalq Bankı, AmrahBank, AtaBank, Bank of Baku, Bank Respublika, Dəmir Bank, NBC Bank, Nikoil Bank, Bank Respublika, TuranBank illik audit hesabatını dərc etməyib. Düzdür bu banklar rüblük hesabatlarını saytlarında yerləşdirib və həmin hesabatlardan bankların ötən ili necə başa vurduqların öyrənmək mümkündür. Audit hesabatı isə yekun hesabatdır və hesabatın şərh bölməsində digər ətraflı məlumatlar öz əksini tapır.

Qeyd edək ki, digər bir problem bir sıra bankların audit hesabatının saytlarında ingilis dilində yerləşdirmələridir. Banklar bunu audit şirkətlərinin hesabatı ingilis dilində təqdim etmələri ilə əlaqələndirirlər. İllik hesbatın xarici dildə təqdim edilməsi bir çox insanın hesabat ilə tanış olmasını məhdudlaşdırır.

Xəbər 1818 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +