Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


21.12.2022  11:11 

“Bu qadağanın dində yeri yoxdur“ - İbrahim Kalın





A+  A-

Əfqanıstanda Taliban rejiminin qızların ali məktəblərdə təhsilinin növbəti xəbərdarlığa qədər dayandırılması ilə bağlı qərarı beynəlxalq ictimaiyyətdə böyük müzakirələrə səbəb olub.

XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezidentin sözçüsü İbrahim Kalın da Talibanın verdiyi qadağa qərarına reaksiya verib.

İ.Kalın sosial media hesabından verdiyi açıqlamada qeyd edib ki, Taliban rəhbərliyi qız tələbələrin Əfqanıstanda universitetlərə daxil olmasını qadağan edən qərar İslamın ruhuna ziddir: "Bu qadağanın dində yeri yoxdur".

Xatırladaq ki, Taliban Müvəqqəti Hökumətinin Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Ziya Haşimi ölkənin bütün dövlət və özəl universitetlərinə gənc qızların təhsili ilə bağlı göstərişlər göndərib. Təlimatda bildirilir ki, Nazirlər Şurasının qərarı ilə ali məktəblərdə tələbə qızların təhsili ikinci elana qədər dayandırılıb.

XəzərNews.az

Xəbər 2707 dəfə oxunub.



15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +