Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb
Hərbçilər Kupyanskda 14 ukraynalını geri aldı
Məşqçi faciəvi şəkildə vəfat etdi
Vahid Axundov vəfat etdi... - Prezident nekroloq imzaladı
Mikayıl Cabbarova yeni vəzifə verildi
İcra başçısının oğlu general-mayor oldu
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi
Prezident onlara rütbə verdi - Siyahı
RAMİZİN SÖZÜ - Sabir Rüstəmxanlı yazır...


09.12.2025  10:25 

Banklar niyə bəzi valyutaları almır?





A+  A-

Azərbaycanda bəzi xarici valyutaları dəyişmək mümkün olsa da, müəyyən ölkələrin pul vahidləri banklarda qəbul edilmir. Məsələn, hansısa ölkəyə səfər edən vətəndaşın əlində həmin ölkənin valyutası qalırsa, o bu pulu Azərbaycanda dəyişə bilmir. Vətəndaş ölkədə qəbul olunmayan xarici valyutanı harada və necə dəyişdirə bilər?

XəzərNews.az xəbər verir ki, ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, bankların bütün valyutaları mütləq şəkildə dəyişmək kimi öhdəliyi yoxdur. Onun sözlərinə görə, bank maliyyə vasitəçisidir və yalnız dövriyyəsi olan valyutanın alış-satışında maraqlı olur:

“Bank pulu alver məqsədilə dəyişir. Yəni, dollar, avro, rubl, funt kimi geniş istifadə olunan valyutalar bank üçün likviddir. Bank bilir ki, bu valyutanı ondan gələcəkdə başqa müştəri alacaq. Əgər hər hansı valyuta Azərbaycanda tələbat görmürsə, bankın onu qəbul etməsi iqtisadi cəhətdən məqsədəuyğun deyil”.

Ekspert qeyd edir ki, bəzi nadir və ya məhdud istifadə olunan valyutalara yerli bazarda demək olar ki, tələbat olmur: “Xarici valyutanı heç kim almayacaqsa və yaxud yalnız nadir hallarda alacaqlarsa, bank bu pulu niyə alsın?"

Bu halda vətəndaşın alternativ yolu yalnız həmin valyutanın dövriyyədə olduğu ölkəyə yenidən səfər edənlərdir: “Əgər kimdəsə nadir valyuta qalıbsa, onu yalnız həmin ölkəyə gedən və həmin pula real ehtiyacı olan şəxslərə təklif edə bilər".

Xəbər 815 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı

15.12.2025  10:18 

Bakı metrosunda problem yaranıb

15.12.2025  10:15 

Yumurta bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +