Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


17.11.2025  18:07 

Azərbaycan Gürcüstandan niyə geri qalır?





A+  A-

Gürcüstan həm adambaşına düşən gəlir, həm də xarici sərmayə üzrə regionun lideridir.

Adambaşına düşən GDP (Ümumi milli məhsul):

Gürcüstan — 9,100–9,200
Ermənistan — 8,500
Azərbaycan — 7,277 (proqnoz 2025)

Xarici sərmayə axını (FDI, 2024)

Gürcüstan — 1,334 milyon USD
Azərbaycan — 231 milyon USD
Ermənistan — 139 milyon USD

Bu region üçün nə deməkdir?

İqtisadi ekspertlər hesab edir ki, Cənubi Qafqaz ölkələrinin inkişaf tempi gələcək illərdə daha çox islahatların dərinliyindən, regiondakı siyasi münasibətlərdən və AB–Rusiya–Türkiyə balansından asılı olacaq.

Gürcüstan mövcud dinamikanı qorumağı bacarsa, bölgənin iqtisadi mərkəzinə çevriləcək. Azərbaycan isə qeyri-neft sektorunu real şəkildə gücləndirməzsə, uzunmüddətli perspektivdə mövqeyini itirmək riski ilə üz-üzə qala bilər.

Ermənistan üçün isə əsas hədəf sabitlik və investisiya mühitinin yaxşılaşdırılmasıdır.

P.S Analoqsuz inkişaf edən Azərbaycan bu gündədir. Bu qədər neft sat, qaz sat, axırda da gəl Gürcüstandan, Ermənistandan geridə qal...

Azərbaycanın öndə olduğu bir şey yoxdurmu? Var. Məsələn, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsi 22.2 , Ermənistanın 7.4-8.9, Gürcüstanınkı isə 10,56 milyard dollar olub. Ancaq orası da var ki, Azərbaycanın əhalisi Ermənistan və Gürcüstanın birgə əhalisindən ciddi şəkildə çoxdur...

Bu kimi amillərə istinadən mən dönə-dönə deyirəm ki, Azərbaycan təcili şəkildə siyasi və iqtisadi islahatlara getməlidir. Biz qonşularımıdan belə geridə qalırıq. Bir azdan bu gerilik daha kəskin şəkil alacaq. Axırda biz gedib ermənilərə və gürcülərə hamballıq edəcəyik...

Elbəyi Həsənli

Xəbər 1250 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +