Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


17.07.2025  12:22 

İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəməyə verir





A+  A-

"İctimai TV"nin əməkdaşı Aydın Muradov rejissor Kənan M.M.-dən polisə şikayət verib.

XəzərNews.az Milli.Az-a istinadla xəbər verir ki, buna səbəb rejissorun onunla bağlı paylaşımı olub.

Kənan Muradovun fotosunu yayımlayıb və ünvanına tənqidlər yazıb:

"Ölkədə hər büdcəyə uyğun yaltaq var. Bax, sənə bu lazım idi? Niyə arının yuvasına çöp soxursan? Hamınızın axırına çıxacağam. Nömrəm açıqdır. Sən və sənin kimilər adımı çəkməsin. Get, epizodlarını oyna və pulunu al qoy cibinə".

Aydın Muradov isə onun statuslarını yayımlayaraq məhkəməyə müraciət edəcəyini bildirib:

"Kənan Mahmudov, (Azərbaycan Respublikasının Konstitusiyanın 32-ci maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155, 156 ,156.1 156.2 maddələrini əsas tutaraq) hüquqlarımı pozaraq şəklimi məndən icazəsiz paylaşmağınız, şərəf və ləyaqətimi alçadmağınız sizi və paylaşımınıza şərh yazanları qanun çərçivəsində cavab vermələri üçün addım atmağa məni vadar elədi.

Sərbəst kast rəhbəri olaraq bu neçə ildə sizdən daha çox incəsənət və kino aləmi üçün nəsə bir addım atıb, iş görmüşəm. Siz isə ancaq bu cür ucuz reklama qaçmısınız. Hətta siravi bir vətəndaşın sizin haqqınızda düşüncələrini həzm edə bilməmisiniz. Kütləvi səhnələrdə epizodik rollarda çəkilən dahi aktyorlarımıza qədər dil uzadıb söz atırsınız. Əgər mənim şəklimi paylaşımınızdan silməsəniz, əlimdə olan faktları əsas götürüb sizi məhkəməyə verəcəyəm. Şərh yazanlar haqqında da tədbir görülməsini istəyəcəyəm.

Rejissor olaraq bir iş görün, ondan sonra nəsə tələb edin. Mənim İTV-də rejissor Vüsal Həmdullayevin 20 Yanvar haqqında çəkdiyim video sujet sizin ümumi incəsənət yolunuzdan daha ağır və tutarlıdır".

Qeyd edək ki, Kənan Mahmudov İTV rəhbərliyini monopoliya yaratmaqda ittiham etmişdi. Muradov isə status paylaşaraq "Şpaqad açaraq gündəm olmaq, incəsənət, kino üçün nəsə eləmək demək deyil. Ona deyən lazımdır ki, TikTok-da canlı açaraq vaxt keçirtməkdənsə, İTV-nin efirində yayımlanan layihələrdən 1 faizini işləmək lazım idi" sözlərini yazması tərəflər arasında gərginliyi bir az da artırıb.





Xəbər 2055 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +