ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video


07.11.2017  12:45 

“Nurgun Motors”un rəhbərinin oğlu həbs olundu





A+  A-

Nəsimi rayon Məhkəməsində "Nurgun Motors" şirkətlər qrupunun rəhbərinin oğlu Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, N. Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.

Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib.

"İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını təhqir edib. Polisin "Saxla!” əmrinə tabe olmayan sürücü ikinci "Saxla!” əmrindən sonra avtomobili dayandırıb. N. Əliyev polis bölməsinə aparılıb.


Xəbər 1451 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı

12.08.2024  16:05 

Putin müşavirə keçirir

11.08.2024  19:36 

Ucarda yanğın baş verib

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +