07.02.2017 12:14
Milli Məclisin üzvü, deputat Fazil Mustafa apteklərdə yaşanan dərman qıtlığı ilə bağlı etirazını bildirib.
XəzərNews.az xəbər verir ki, F.Mustafa məsələ ilə bağlı öz etirazını sosial şəbəkədə bildirərkən, apekdəki satıcıların narazılığı ilə qarşılandığını deyib:
"Aptekə dərman almağa girirəm. Satıcı xanımlar az qala fəryad qoparırlar. Deyirlər ki, "artıq iyirmi gündür ki hec bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İs o həddə catıb ki, əhali bizi təhqir edir ki, “niyə axtardığımız dərmanı vermirsiniz? Adi “Sitramon”, “korvalol”, “valerian”, vitaminlər…Heç nə yoxdur. Xahiş edirik bizə kömək edin!".
Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər. İcbari tibbi sığorta olmadığına görə, minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur”.
Deputat vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirmədiyini vurğulayıb:
“Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər".
|
12.08.2024 16:12
12.08.2024 16:09
Bakıda bu görüntülər insanların ürəyini ağzına gətirdi - VİDEO
12.08.2024 16:05
12.08.2024 16:05
12.08.2024 12:20
11.08.2024 19:55
11.08.2024 19:36
10.08.2024 17:41
10.08.2024 10:00
10.08.2024 09:34
09.08.2024 14:45
09.08.2024 09:46
08.08.2024 20:59
08.08.2024 16:28
08.08.2024 16:12
08.08.2024 16:00
08.08.2024 15:55
07.08.2024 18:54
07.08.2024 18:20
07.08.2024 17:21
07.08.2024 15:58
07.08.2024 11:23
07.08.2024 11:13
07.08.2024 11:03
07.08.2024 09:01
06.08.2024 16:54
06.08.2024 15:38
06.08.2024 13:02
06.08.2024 12:52
06.08.2024 10:31
05.08.2024 21:32
05.08.2024 18:50