06.02.2017 12:27
Gənclər və idman naziri Azad Rəhimov məşhur müğənni Ledi Qaqaya bir milyon qonorar ödədiyini açıqladı. Nazirin bu israfçılığı bəh-bəhlə təqdim etməsi ictimai qınaqla qarşılandı.
Dövlətin gəlirlərinin azalması, büdcəyə qənaət rejiminə keçid və iqtisadi böhrana rəğmən bir pop ifaçısı 1 milyonumuzu qatlayıb gedib. Bu, heç şübhəsiz ki, israfçılıqdır.
XəzərNews.az Politika.Az-a istinadən xəbər verir ki, bu günlərdə deputat Hadı Rəcəbli gileylənib. Millət vəkili gileylənib ki, əhalinin maaşlarını nə ilə artıraq.
Deputat demək istəyib ki, dövlətin pulu yoxdur, manat ucuzlaşıb, büdcə boşalıb. Amma H.Rəcəblini elə A.Rəhimov Ledi Qaqaya ödənmiş 1 milyonla ifşa edib, yalanını çıxarıb. Məhz Qaqaya çatan 1 milyonla xalqın əmək haqqını artırmaq olardı, hörmətli H.Rəcəbli.
Amma dövlətin pulları lazımsız yerlərə xərclənib və indi də hökumət adamları ah-vay edərək böhrandan şikayətlənir. Zamanında korrupsiya əv israfçılığa son qoymağa çağırışlar olanda qulaqardı edilirdi.
Hələ bu azmış kimi, A.Rəhimov İslam Həmrəliyi Oyunlarına gələcək 7 ölkənin imkanı olmadığını və Azərbaycanın dəstək verəcəyini açıqlayıb. H.Rəcəblinin yalanını növbəti dəfə faş edən A.Rəhimov məhz 7 ölkənin xərcini çəkmək yerinə bu maliyyəni xalqa yönəldə bilər.
H.Rəcəbli Lənkəranda “Palıdlı sahil”i, A.Rəhimov Bakının mərkəzində butiklərini satmaqla maaşları artırmaq olar. Habelə, Ledi Qaqaya və 7 ölkəyə çatmış pulları əhaliyə vermək olar. Bunları nazir də, deputat da bilir. Amma demirlər.
Büdcədə kəsir və manatın devalvasiyasına baxmayaraq, işsizlik, ixtisarlar, bahalaşma hökumət üzvlərini narahat etmir. Onları Azərbaycana gəlməkdə maliyyə çətinliyi olan 7 ölkənin əlindən tutmaq maraqlandırır.
kimsə Azərbaycanda beynəlxalq yarışlaa keçirilməsinin əleyhinə deyil. Sadəcə, Avropa və qonşu ölkələrdə, Gürcüstanı misal çəkərək qeyd etmək olar ki, ölkələr və xalqlar turist axınından, yarışlardan gəlir əldə edir, heç bir kasıb dövlətin xərcini çəkmir.
Azərbaycan isə Avropa Oyunlarından sonra eyni mərhəməti müsəlman ölkələri üçün göstərir. Onların gəlmək imkanı yoxdursa, bunun məsuliyyəti üzərimizdə deyil.
Nazirlik təhsil haqqını ödəyə bilməyən tələbələrlə, qəbul imtahanının pullu edilməsi ilə maraqlanmayıb, gənclərin evsiz-eşiksiz yaşamağını araşdırmayıb. Bu gün minlərlə gənc işsizdir, karyera qura bilməyib, hörmətli nazir və deputat hansına köməyini göstərib?
Ölkədə elə gün yoxdur ki, ərzaq məhsulları bahalaşmasın, iş yerləri bağlanmasın, ixtisarlar xəbəri gəlməsin. Yaxşı olar ki, nazir butiklərini satıb 7 ölkənin xərcini çəksin.
|
12.08.2024 16:36
Elçin Mirzəbəyli Çiyni kəndində seçicilərlə görüşüb -Fotolar
12.08.2024 16:12
12.08.2024 16:09
Bakıda bu görüntülər insanların ürəyini ağzına gətirdi - VİDEO
12.08.2024 16:05
12.08.2024 12:20
11.08.2024 19:55
11.08.2024 19:36
10.08.2024 17:41
10.08.2024 10:00
10.08.2024 09:34
09.08.2024 14:45
09.08.2024 09:46
08.08.2024 20:59
08.08.2024 16:28
08.08.2024 16:12
08.08.2024 16:00
08.08.2024 15:55
07.08.2024 18:54
07.08.2024 18:20
07.08.2024 17:21
07.08.2024 15:58
07.08.2024 11:23
07.08.2024 11:13
07.08.2024 11:03
07.08.2024 09:01
06.08.2024 16:54
06.08.2024 15:38
06.08.2024 13:02
06.08.2024 12:52
06.08.2024 10:31
05.08.2024 21:32
05.08.2024 18:50