“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


01.09.2020  22:18 

Gömrükdə 22 milyonluq narkotik ələ keçirildi





A+  A-

Gömrükçülər daha bir əməliyyat nəticəsində 305 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan XəzərNews.az-a daxil olan məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinədaxil olan əməliyyat məlumatı əsasında, İdarənin "Astara" gömrük postunda İran İslam Respublikasının vətəndaşı Arazigojog Abdolrazzaq Moradgoli oğlunun idarə etdiyi "Traktor" markalı, 27A455/56-10 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb.

Müvafiq sənədlərdə həmin avtomobillə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Qazaxıstan Respublikasına "kənd təsərrüfatı üçün avadanlıq - kotan" yükünün aparıldığı qeyd edilib.

Lakin sözügedən nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılarkən xidməti it kotanların dəmir çərçivəsinə reaksiya verib və yüklər stasionar rentgen qurğusundan keçirilib. Bu zaman 22 ədəd kənd təsərrüfatı avadanlığından 12 ədədinin içərisində - kotanların dəmir çərçivəsindəki boşluqda gizlədilən 598 ədəd bağlamada, ümumi çəkisi 305 kq 289 qram olan narkotik vasitə - heroin aşkar edilib və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 22 milyon avrodan artıqdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1778 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +