“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


26.05.2017  10:33 

“Azərbaycan bu məsələdə heç bir problem görmür”





A+  A-

Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub.
XəzərNews.az “APA-Economics”ə istinadən xəbər verir ki, iclasın yekunlarına dair rəhbərlik etdiyi qurumun mətbuat xidmətinə açıqlama verən energetika naziri Natiq Əliyevin sözlərinə görə, iclasda Vyana sazişinin nəticələri təhlil edilərək, neftin qiymətinin 50-55 dollar arasında qərarlaşmasi razılaşmanın bazara müsbət təsirinin göstəricisi kimi qeyd olunub: “Sazişin icrasına nəzarət edən qurum kimi Monitorinq Komitəsinin fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib. OPEC rəhbərliyi təşilata üzv ölkələr və kartelə daxil olmayan ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilmə səviyyəsini təqdir edib. Bildirilib ki, ən son məlumatlara görə, hasilatın azaldılması ilə bağlı öhdəliklərə OPEC ölkələri 104 %, qeyri-OPEC ölkələri isə 102 % əməl edib. Toplantıda dünya iqtisadiyyatının inkişaf templəri, ilin sonuna kimi gözləntilər, trendlər, neft, neft məhsullarına əks etdirən təqdimatlar edilib. Bu məlumatların təhlili əsasında hasilatın azadılması 9 ay uzadılması ilə bağlı Monitorinq Komitəsinin təklifi irəli sürülüb və yekdiliklə razılışadırılıb”.

N.Əliyev bildirib ki, yarımillik müddət qış mövsümünü tam əhatə etmədiyinə və qışda qiymətlər tez-tez dəyişdiyinə görə 24 ölkənin nümayəndələri hasilatın azaldılması üzrə sazişin müddətinin 6 ay əvəzinə 9 ay uzadılmasını məqbul hesab ediblər.

Görüşün yekununda OPEC və təşkilata daxil olmayan ölkələr Bəyannaməyə imza atıblar.

Dünya enerji bazarında neftin qiymətinin sabitləşdirilməsi istiqamətində təşəbbüslərə qoşulan ilk ölkələrdən biri kimi Azərbaycan da OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu anlaşmasına dəstəyini ifadə edib. N.Əliyev bildirib ki, Vyana sazişinin müddətinin uzadılmasının neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcəyi gözlənilir. ”Azərbaycanın neft hasilatının daha 9 ay azaldılması ilə bağlı öhdəliyi öz üzərinə götürməsi ölkənin maraqlarına tam uyğundur. Azərbaycan bu sazişin gələn ilin sonuna kimi davam etdirilməsində də heç bir problem görmür”, - deyə nazir vurğulayıb.

N.Əliyevin sözlərinə görə, hasilatın əlavə həcmdə azaldılması ilə bağlı müzakirə aparılmayıb.

Nazir onu da bildirib ki, növbəti belə bir görüş Vyanada 30 noyabr 2017-ci il tarixdə keçiriləcək.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. İlin birinci yarısı üçün bağlanmış neft hasilatının azaldılması üzrə hazırkı sazişin müddəti iyunun 30-da bitir.

Xəbər 1572 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +