“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı


04.11.2017  12:03 

ABŞ-ın gizli planı - 2 ölkəni belə parçalayacaq





A+  A-

ABŞ 2018-ci ilin ikinci yarısında İraq və Suriyada 7 ayrı dövlət elan edəcək.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Yenisafak” saytı Azad Suriya Ordusundakı mənbəsinə istinadən məlumat yayıb. Suriyalı müxalif komandirin sözlərinə görə, Türkiyə Afrin Tel-Abyad və Münbiç məsələsində cəld tərpənməzsə, ABŞ bölgəni geri dönüşü olmayacaq uçuruma sürükləyəcək.

1991-ci ildə İraq, 2013-cü ildə isə Suriyaya müdaxilə edən ABŞ peşmərgə və PKK-ya legitimlik qazandıra bilmək üçün hər iki ölkədə dünyaya qapalı “butik dövlətlər” yaratmağı planlaşdırıb.

Suriya ordusunda uzun müddət yüksək məqam tutan, 2013-cü ildə isə müxalif qüvvələrin tərəfinə keçən komandir bildirib ki, ABŞ XİN-i və Pentagon rəsmilərindən olan şəxslərlə Hatay-Reyhanlıda görüşüblər. Bu planı da həmin görüş zamanı açıqlayıblar.

Komandir ABŞ rəsmilərinin, həmçinin “sünnilər daha fəal olmalıdırlar, əks təqdirdə daha çox zərər görəcəklər”dediyini əlavə edib: “Bizimlə görüşən amerikalılar bizə dost olduqlarını və şərtlərə əməl edərsək, müxalifətin daha güclü dəstəklənəcəyini vəd etdilər”.

Müxalif komandir Suriyadakı aktiv neft sahələrinin 65 faizinini PKK-ya verildiyini vurğulayıb.

Komandir bildirib ki, onunla birgə toplantıya qatılan Azad Suriya Ordusunun təmsilçilərinin ABŞ-a cavabı belə olub:

“Yeddi illik savaş dönəmində sürətli olaraq gözlədilən tərəf olduq. Ölkənin 54 faizinə nəzarət etdiyimiz halda, sizə görə bu gün ölkənin 17 faizinə ancaq nəzarət edə bilirik. Qısası, ABŞ müxaliflərin yanında kreditini çoxdan tükəndirdi”.

Xəbər 1322 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +