“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


03.09.2020  12:19 

“Navalnını “Noviçok”la zəhərləyiblər” - Rəsmi Berlin





A+  A-

Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yayıb.
XəzərNews.az xəbər verir ki, bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi bildirilib.

Navalnının orqanizmində zəhər izlərinin olması müxalifətçinin yerləşdirildiyi “Şarite” klinikasının həkimlərinin istəyi ilə Bundesverin (Almaniya Silahlı Qüvvələri) xüsusi laboratoriyası tərəfindən aparılan testlərlə təsdiqlənib.

“Aleksey Navalnı Rusiyada kimyəvi hücumun qurbanı olub”,- deyə açıqlamada qeyd olunub.

Alman səlahiyyətliləri Avropa Birliyi və NATO-dakı tərəfdaşlarına, eləcə də Kimyəvi Silahların Qadağan olunması Təşkilatına araşdırma nəticələri barədə məlumat verəcəklərini bildiriblər. Almaniyanın Nazirlər Kabineti Rusiya hökumətini hadisə ilə əlaqədar açıqlama verməyə çağırıb.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” xəstəxanasına köçürülmüşdü.

Omsk şəhərinin 1 nömrəli təcili yardım xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko Navalnının analizlərində heç bir zəhər tapılmadığını açıqlamışdı: “Qan və sidikdə zəhər və onun izləri müəyyən edilməyib”.

Lakin “Şarite” klinikası avqustun 24-də rus müxalifət liderinin zəhərləndiyini təsdiqləmişdi. Qeyd olunmuşdu ki, hazırda həmin klinikada süni komada olan Navalnının bədənində xolinesteraza inhibitorları qrupundan olan bir maddə tapılıb.

Xəbər 1882 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +