“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


20.08.2018  17:03 

“140 min pul vermişəm...” - Axundovun zərərçəkmiş olduğu məhkəmədən





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundova və digər şəxslərə pul “atmaqda” təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə şahid Anar Surxayzadə məhkəmədə ifadəsində bildirib ki, əvvəllər Vergilər Nazirliyində işləyib: "Sonra əmək müqaviləmə xitam verildi, indi işsizəm. O vaxt iş adı ilə pul alıb vermişəm. Bilirdim ki, Elnur kartric alveri ilə məşğul olur. Deyirdi kartricləri burdan alır. Elnura biznes üçün 140 min pul vermişəm, 90 mini qaytarmayıb, zərərçəkmişəm. Qazancdan 5-10 faiz mənə verəcəkdi. Dostum Anar Babayev vasitəsilə Elnuru tanıdım, o da pul vermişdi. Bir müddət faizləri ödədi, sonra dayandı. Sonra bildim ki, Elnurun dostum Anara, Həbib Axundova, Fərman Məmmədova və Ziya adlı şəxslərə borcu var idi. Ona görə də mən şikayət etmədim ki, onsuz da pulumu ala bilməyəcəkdim".

Hakim bildirib ki, A. Surxayzadə vergi orqanında işlədiyi müddət ərzində E. İbrahimovun evini öz adına keçirib sataraq pulu Xalid adlı şəxsə verib: "Siz dövlət qulluqçusu ola-ola bizneslə məşğul olmusuz. Bu da qanunla qadağandır. Sizin bu əməlinizə məhkəmə hüquqi qiymət verəcək".

Zərərçəkmiş Ramin deyib ki, E. İbrahimovu pulları batandan sonra tanıyıb: "Mən Murad Mehdiyevə 199 min vermişəm. Onun pulları Elnura verdiyini bilmirdim. İndi də pulumu Muraddan tələb edirəm. Məndən 16 min də aldılar dedilər ki, "dayıya verəcəyik".

Əlavə şahid qismində çağırılan SOCAR-ın əməkdaşı Murad Mehdiyev dindirilib. O, pul aldığını etiraf etsə də, dəqiq məbləği bilmədiyini deyib: "Almışam da, qaytarmışam da".

Şahid Anar Babayev barəsində məcburi gətirilmə qərarı verilib.

İttihama görə, E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digər şəxslərdən biznes qurmaq adı ilə təxminən 1 milyon manat alaraq dələduzluq yolu ilə mənimsəyib.

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınıb. E.İbrahimov H.Axundovun 100 min manat pulunu ələ keçirməkdə ittiham edilir. Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub. İstintaq zamanı E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs e

Xəbər 1941 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +