“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


06.02.2018  14:32 

Dünya zənginləri 1 gündə 114 milyard itirdi





A+  A-

Dünyanın ən zəngin 500 insanı qiymətli kağızlar bazarında baş verən kəskin böhrana görə 114 milyard dollar pul itiriblər.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg Billionaires İndex”-in reytinqində bildirilir.

Ən çox ziyan çəkən “Berkshire Hatavay” şirkətinin rəhbəri Uorren Baffetdir. “Bloomberg” milyarderin fevralın 5-də 5,1 milyard dollar itirdiyini yazıb. “Facebook”un yaradıcısı və sahibi Mark Zukerbeq isə 3,6 milyard dollar itirərək 74,7 milyard dollara sahib qalıb.

Dünyanın ən varlı insanı, “Amazon” şirkətinin sahibi Ceff Bezos isə kapitalının 3,3 milyardlıq hissəsini itirsə də, 116,4 milyard dollar sərvətə malikdir. “Google”un yaradıcıları Larri Peyc (52,9 milyard dollar) və Sergey Brin (51,5 milyard dollar) isə hərəyə 2,3 milyard dollar itirib.

Nyu-York fond birjasında kəskin ucuzlaşma qonşu ölkələrin də qiymətli kağız bazarına təsir edib.

Xəbər 945 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +