Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


20.04.2021  12:10 

Ali təhsilin yeni dövlət standartları müəyyənləşir





A+  A-

Ali təhsilin yeni dövlət standartları müəyyənləşir.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, ali təhsil proqramlarının həyata keçirilməsini təmin etmək üçün cəmiyyətin və əmək bazarının tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən ali təhsilin dövlət standartı hazırlanır və təsdiq edilir.

Ali təhsilin dövlət standartı aşağıdakıları müəyyən edir:

- ali təhsilin səviyyələri ( subbakalavriat, bakalavriat, magistratura və doktorantura) üzrə təhsilin məzmununu və məzmun strukturuna qoyulan tələbləri;

- ali təhsilin müvafiq səviyyələri üzrə səriştə əsaslı təhsil proqramının hazırlanması üzrə vahid tələbləri;

- ali təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini;

- təhsil səviyyəsinin tələbəyönümlü təşkili və idarə eidlməsi ilə bağlı tələbləri;

- ali təhsilin idarə olunmasını;

- ali təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına qoyulan tələbləri;

- ali təhsilin infrastrukturunu;

- keyfiyyətin təminatı üzrə tələbləri;

- təhsilverənlərin keyfiyyət göstəricilərini.

Ali təhsilin dövlət standartının hazırlanması zamanı təhsilin digər pillələri üzrə dövlət standartları, qoyulmuş tələblər və təhsilin fasiləsizliyi nəzərə alınır.

Ali təhsil müəssisəsinin maddi-texniki və tədris bazası daşınan və daşınmaz əmlakdan ibarətdir. Ali təhsil müəssisəsinin maddi-texniki və təhsil infrastukturu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən normativlərə uyğun olmalıdır.

Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, akkreditasiya və attestasiyası ali təhsilin dövlət standartı əsasında həyata keçirilir.

Ali təhsilin dövlət standartı sağlamlıq imkanları məhdud şəxslərin ali təhsil prosesinə cəlb edilməsi üçün müvafiq standart və tələbləri də müəyyən edir.

Ali təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastukturu normativləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Ali təhsilin dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təçkilati- hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. Ali təhsilin dövlət standartı 6 ( altı) ildən bir yenilənir.

Xəbər 1611 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +