Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


31.05.2018  11:21 

Müharibə HAZIRLIĞI: Avropaya qoşun YERİDİLDİ





A+  A-

ABŞ-ın Avropadakı Quru Qoşunları Komandanlığı “Atlantik qətiyyət” əməliyyatı çərçivəsində Şərqi Avropaya və Baltikyanı ölkələrə kütləvi şəkildə ağır hərbi texnikalar göndərir.
XəzərNews.az-ın Amerikanın “Defense News” nəşrinə istinadən məlumatına görə, Komandanlıq bununla bağlı Almaniyanı da məlumatlandırıb.

Qeyd olunub ki, Avropaya ABŞ-ın birinci zirehli briqadasından 3300 nəfərlik hərbi qulluqçu yola salınır. Həmçinin Texas ştatındakı süvari diviziyadan 2500 ədəd hərbi avadanlıq göndərilir.

Bunlar ABŞ-ın Avropada yerləşdirilmiş 2-ci tank briqadasının birinci piyada diviziyasını əvəz edəcək.

Avadanlıqlar Belçikanın Antverpen limanına gəmidə gəlib və onlar buradan nəzərdə tutulan yerlərə nəql olunacaq.

Hərbi mənbələr bildirir ki, yeni gətirilən hərbi texnikalar Avropa qitəsində müharibə olacağı təqdirdə effektiv şəkildə işə yarıyacaq.

Xəbərlərə görə, Baltikyanı ölkələrə, Polşaya, Rumıniyaya, Macarıstana 87 “Abrams” tankı, 140 “Bredli” hərbi maşınları, 18 “Paladin” qaubitsası, 395 digər tırtıllı maşın göndəriləcək.

ABŞ ordusunun nümayəndələri bəyan edib ki, bu, Rusiyanın regiondakı hərəkətlərinə cavab tədbiridir.

Qeyd edək ki, “Atlantik qətiyyət” əməliyyatı Avropa ilə Rusiya sərhədinə qoşunların yerləşdirilməsini nəzərdə tutur.

Bu, 2014-cü ildə Krımın işğalından sonra reallaşmağa başlayıb. Qərbdə düşünürlər ki, Rusiya Krımdan sonra postsovet respublikalarının ərazilərini də tutmağa çalışa bilər.

Xəbər 1078 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +