Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


31.08.2018  15:43 

Dövlət Agentliyinin adından dələduzluq edənlər - Azadlığa buraxıldı





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov, Ülviyyə Abdalova və Leyla İsmayılovaya hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ü.Abdalova 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun 2017-ci il 21 iyul tarixində anadan olan qızının 14 yaşı tamam olana kimi hökmün icrası təxirə salınıb. Ü. Abdalova məhkəmə zalından azadlığa buraxılıb. Ü. Abdalova əvvəl də məhkum olunaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və şərti cəza alaraq azadlığa çıxıbmış. Həmin hökmdən qalan cəzası də ödənilməyib.

Digər şəxslərə isə şərti cəza verilib və istintaq zamanı həbs edilmədikləri üçün sərbəst qalıblar.

Ü. Abdalova bu cinayət işində də məhkəmə gedişatında azadlıqda qalıb, sonuncu iclaslara gəlmədiyi üçün axtarışa verilərək həbs edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəyib.

Xəbər 1527 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +