“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı


26.03.2024  11:10 

Ov mövsümü restoranlar üçün bitməyib?





A+  A-

Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü 1 ay öncə - fevralın 25-də başa çatıb. Ancaq hələ də müxtəlif restoranların menyularında quş ətindən olan yeməklərə rast gəlinir. Hətta menyuya salınan quşlardan bəziləri nəsli kəsilməkdə olan quş növləridir. Bəs qadağan olunmasına baxmayaraq bu quşlar necə ovlanır?

Xezerxeber.az-ın məlumatına görə, müxtəlif növ çöl quşlarından kabab təklif edən restoranlar var.

Hətta restoran sahibi kəklik, qırqovul, bildirçin, bəzgək quşlarının şəklini də menyuya əlavə edərək çöl quşlarından təndirdə plov təklif edir.

Həmin restoranlardan birinə "Ov mövsümü bitib, bu quşlar hardan gəlir?" sualını verdik və özünəməxsus vavab verildi.

Görünən odur ki, hazırda ölkəmizdə qaz, ördək, qaşqaldaq və bildirçin üçün ov mövsümü bitsə də, bu quşların ovlanması hələ də davam edir. Çöl quşlarının ovu ilə məşğul olan şəxslərdən birinin yutub səhifəsində ən son ov videosu 2 gün öncə paylaşılıb.

Bu isə o deməkdir ki, quş ovlamaq istəyənlər üçün fərqi yoxdur. Onlar istənilən vaxt istənilən ova çıxa bilirlər.

Uzun illərdir bu sahədə tədqiqat aparan biologiya üzrə fəlsəfə doktoru ornitoloq Elçin Sultanov deyir ki, əsasən yeyilən quşlar ördəklər və toyuqkimilərdir. Onların da 8 növündən sadəcə birinin - kəkliyin ov icazəsi var.

Ornitoloqun sözlərinə görə, bu məsələni tam şəkildə tənzimləmək mümkün deyil.

Elçin Sultanov hesab edir ki, çöl quşlarının özəl təsərrüfatlarda saxlayıb artırmaq istəyənlər çox azdır. Bu səbəbdən mədəni ov ölkədə yox dərəcəsindədir.

Qeyd edək ki, ov mövsümü bitdikdən sonra quş və heyvan növlərinin çoxalma və miqrasiya dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağandır.

"Qırmızı kitab"a düşən nadir və nəsli kəsilməkdə olan heyvanların ovlanmasına görə isə qanunla müəyyən edilmiş qaydada cərimələr nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Xəbər 913 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +