Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


02.05.2017  12:52 

Azərbaycan parlamentində Türkiyəyə DƏSTƏK





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında AŞPA-nın Türkiyəni monitorinq altına qaytarması haqda qərarı kəskin tənqid edilib.
XəzərNews.az-ın xəbərinə görə, deputat Zahid Oruc bildirib ki, Strasburqda AŞPA-nın qərargahının bir addımlığında PKK-nın qərargahı yerləşir:

“Onlara Fransa televiziyasında efir verilir. Eynilə də Brüsseldə. Bunlar onu göstərir ki, AŞPA başda olmaqla, digər Avropa strukturları Türkiyədə bölücülüyü, parçalanmanı himayə edirlər. Məlum olur ki, PKK-nın silahları da eyni mərkəzdən gəlir”.

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, bu gün Avropada təkcə Almaniyanın dövlət büdcəsi Türkiyənin dövlət büdcəsindən ən azı 8 dəfə böyükdür:

“Ancaq Türkityə Suriyadan gələn milyonlarla insana qucaq açdı. Onların birini də geri qaytarmadı. Demokratiyadan, insan hüquqlarından danışılırsa, elə əsl demokratiya və insan hüquqlarına dəyər budur. Ancaq bu gün Avropanın qaçqınlara, miqrantlara münasibəti də hamıya məlumdur”.

Xəbər 1519 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +