Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


18.07.2017  10:43 

Fəhlələri + 41 dərəcədə işlədənlər... - Nazirliyə kimlərdən şikayət edilib?





A+  A-

Havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işəgötürənlərə edilmiş müraciətdən sonra bu sahədə qanunvericiliyin pozulması faktı ilə bağlı nazirliyə hər hansı müraciət daxil olmayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməsi barədə cari ilin iyul ayının əvvəllərində işəgötürənlərə müraciət edilib. Həmin müraciətdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin gözlənilən hava şəraiti ilə bağlı rəsmi məlumatlarına əsasən havanın temperaturunun + 41 dərəcə selsidən çox olması halı özünü göstərməyib. Digər tərəfdən, havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu halda işçilərin açıq havada işlədilməsinə dair vətəndaşlar tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə hər hansı müraciət də daxil olmayıb.
“İşəgötürənlərə bir daha müraciət edərək bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı, işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilələrin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir. Belə hallarda verilmiş fasilələr iş vaxtına daxil edilməli və həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”,- deyə nazirlikdən bildirilib.

Xəbər 899 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +