Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı


20.04.2017  12:32 

“Heç vaxt Aygünlə cinsi əlaqədə olmamışam” - “AMAY” Abdulla





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimovanın cinayət işi üzrə davam etdirilən prosesdə "A.M.A.Y" Abdulla ləqəbli Abdulla Abdullayev şahid qismində adı keçib.
Rəsmi olaraq A.Akimovanın uşaqlarının atası kimi tanınan A.Abdullayev istintaqa ifadəsində həmin qadınla münasibətləri haqda danışıb. O bildirib ki, Aygünün anası Dilarə ilə 2004-cü ildə tanış olub: "Borcunu qaytarmaq üçün məndən pul istədi, kömək etdim. Bir qədər sonra da gəlib dedi ki, qızım Aygünü aldadıb cinsi əlaqədə olublar. Məndən xahiş etdi ki, həmin şəxsə təzyiq edərək qızı ilə evlənməsinə məcbur edim, razılaşmadım. Sonra Aygün yanıma gəlib onu işə götürməyimi xahiş etdi. Onu aylıq 300 manat maaşla xadiməçi işinə götürdüm. Bir qədər sonra Aygün hamilə olduğunu dedi, sonra da oğlu oldu. Əri olmadığından uşağın atası kimi mənim adımın yazılmasını istədi, yazığım gəldiyi üçün razılaşdım. Amma uşağın atası başqası olub, mən heç vaxt Aygünlə cinsi əlaqədə olmamışam. Sonra Aygünün qızı oldu, ona da atası kimi öz adımı verdim. Bundan sonra Aygünün əxlaqsız hərəkətlər etdiyini bildim. Həmin hərəkətlərinin videosunu məmə göstərdilər, diskə yazdırıb bir nüsxəsini da Aygünə verdim və onu işdən çıxartdım. O vaxtdan Aygünü görməmişəm, telefonla danışmamışam. 2012-ci ildə rəsmi olaraq atalığımın ləğv olunması üçün məhkəməyə müraciət etdim, təmin olunmadı. Aygünün cinayət əməllərindən də xəbərim olmayıb".

İttihama görə, A.Akimova özünü MTN polkovniki kimi təqdim edərək 6 nəfərə qarşı dələduz edib və 800 min manat mənimsəyib.

Zərərçəkmiş Afət Hüseynova A.Akimovaya A.Abdullayevin maddi dəstək olduğunu və 2 uşağının atası olduğunu deyib.

(qafqazinfo.az)

Xəbər 2347 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +