04.02.2017 19:27
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir qrup Prezident təqaüdçüsü və Prezident mükafatçıları olan, yaşı 65-i və 70-i ötmüş xalq və əməkdar artistlərinin yarımştata keçirilməsi ilə əlaqədar xəbərlər yayılıb. Bu sırada xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı kimi aktyorların da adları çəkilir.
Yayılan məlumatlarda teatr rəhbərliyinin bu qərarının birmənalı qarşılanmadığı, xalq artislərinin etirazına səbəb olduğu bildirilib.
XəzərNews.az bildirir ki, Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məsələylə əlaqədar Modern.az-a açıqlama verib.
Mətbuat xidməti bildirib ki, teatrın bədii şurasının qərarına əsasən, Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşının tamaşalarda və repertuarda məşğulluğu müzakirə olunub, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olub.
“Hazırda Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin ən fəal və çevik repertuar siyasəti ilə çalışan dövlət teatrlarındandır. Teatrın repertuarında əsas məşğulluq gənc və orta nəsl aktyorların üzərinə düşür. Teatr müxtəlif ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında və qastrollarda ölkəmizin teatr sənətini məhz gənc aktyorların qüvvəsi ilə uğurla təmsil edir.
Teatrda həmişə xüsusi hörmət və ehtirama layiq görülmüş hörmətli sənətkarlar bu gün də kollektivdə çalışmaqda davam edir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanuna əsasən, yaşı 65-i keçmiş işçilərin fərdi müqaviləyə və yaxud müqavilə müddəti bitdikdən sonra işdən azad olunmaları təmamilə qanuna uyğun bir haldır. Teatrda gün ərzində 3-4 tamaşa oynayan gənclərin əmək haqqlarına əlavələrin edilməsi hörmətli xalq artistlərini niyə narazı salmalıdır?
Nəzərə alaq ki, sözügedən sənətkarlar uzun illik səmərəli fəaliyyətlərinə və çoxillik təcrübələrinə görə ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olub”,-deyə teatrdan verilən açıqlamada vurğulanıb.
Qeyd edək ki, fevral ayının 8-də Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artistləri Yasin Qarayevin anadan olmasının 70, Ağaxan Salmanlının 75 illiyinə həsr olunmuş Ə.Orucoğlunun “Açarını itirənlər” əsəri əsasında hazırlanmış benefis tamaşanın premyerası keçiriləcək.
|
27.08.2024 13:23
27.08.2024 12:47
27.08.2024 12:20
Sumqayıt sakinləri qorxu içində -Hər an xəsarət ala bilərik -Video
27.08.2024 12:04
27.08.2024 11:51
Milli azlıqlardan olan gənclər sosial şəbəkələrdə nəyə diqqət etməlidir?- Foto/Video
27.08.2024 11:13
27.08.2024 10:32
26.08.2024 19:12
UABD Ukraynanın Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib
26.08.2024 19:02
26.08.2024 12:28
26.08.2024 12:20
26.08.2024 11:49
26.08.2024 11:38
25.08.2024 22:53
25.08.2024 13:13
25.08.2024 12:59
24.08.2024 22:13
24.08.2024 14:46
24.08.2024 14:36
Türkiyəni kəşf etmək üçün “Ən rahat səyahət bələdçisi”- Fotolar
23.08.2024 14:12
23.08.2024 14:04
23.08.2024 09:39
“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu -Fotolar
22.08.2024 16:24
22.08.2024 16:17
22.08.2024 16:13
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə əlaqədar təxirə salınıb
22.08.2024 15:58
21.08.2024 19:07
21.08.2024 17:28
21.08.2024 17:12
21.08.2024 12:52
21.08.2024 12:24
21.08.2024 12:12
Leyla Əliyeva Hidayət Heydərov və Zelim Kotsayevlə görüşüb -Fotolar
20.08.2024 14:54
20.08.2024 12:32
Azərbaycanı təmsil edən slavyan gözəli insanları valeh etdi -Foto