Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub


24.02.2021  09:11 

Xruşşov Kennedinin ölümündə günahlandırıldı





A+  A-

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Ceyms Vulsi SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşovu ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin ölümündə ittiham edib.
XəzərNews.az bildirir ki, bu barədə “New York Post” Vulsinin sovetlər vaxtı Rumıniyanın Xarici Kəşfiyyat İdarəsində işləmiş general-leytenant İon Paceplə birgə yazdığı “Əjdaha Əməliyyatı: Kremlin Amerikaya Qarşı Gizli Müharibəsi” kitabına istinadən yazıb.

Müəlliflərin fikrincə, Kennedini öldürən Li Harvi Osvald DTK-nın əməkdaşı olub. Osvald 1957-ci ildə Yaponiyada ABŞ Donanmasında xidmət edən zaman DTK ilə əməkdaşlığa cəlb olunub. Bir sıra gizli missiyaları yerinə yetirdikdən sonra Xruşşov amerikalıya Birləşmiş Ştatların Prezidentini öldürməyi şəxsən əmr edib. Qeyd olunub ki, Osvald 1962-ci ildə SSRİ-də evlənib və verilən tapşırığı yerinə yetirmək üçün ABŞ-a qayıdıb.

Kitabda, həmçinin bu iddiaların bütün sübutlarının Uorren Komissiyasının 26-cı hesabatında yer aldığı bildirilir, amma o o qədər “şifrələnib” ki, indiyədək heç kim orada nə yazıldığını başa düşməyib.

Qeyd edək ki, ABŞ-ın ən məşhur Prezidentlərindən biri olan Con Kennedi 1963-cü il noyabrın 22-də öldürülüb. Dövlət başçısının korteji Dallas küçələrində hərəkətdə olarkən ona bir neçə dəfə atəş açılıb. Polis qətldə şübhəli bilinən Li Harvi Osvaldı həbs edib. Bir neçə gün sonra Dallas sakini Cek Rubi onu polis bölməsində güllələyib. Osvald 1967-ci ildə ağciyər xərçəngindən dünyasını dəyişib.

Xəbər 1890 dəfə oxunub.




01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +