Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


21.10.2019  16:32 

Prezident Əli Həsənovu işdən çıxardı





A+  A-

Prezident İlham Əliyev Nazirlər Kabinetində kadr dəyişikliyi edib.
XəzərNews.az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Əli Şamil oğlu Həsənov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ə. Həsənov 20 il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri işləyib. Ötən il prezidentin sərəncamı ilə vəzifəsindən azad edilərək Baş Nazirin müavini kimi fəaliyyətini davam etmişdi.

Bu arada xatırladaq ki, sabiq “Qaçqınkom” sədri iki il əvvəl nəvəsi ilə bağlı gündəmə gəlmişdi. Belə ki, Ə. Həsənovun nəvəsi Nail Allahverdiyev “Mercedes-Gelandawagen”lə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdu.

O, Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunmuşdu. Bu ilin avqust ayında isə azad edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iqtisadi müşavirədə hökumətdə ciddi islahatların aparılacağı ilə bağlı anonslar verilmişdi. Ölkə başçısı iqtidarda olan bəzilərinin islahatlara qarşı çıxdığını və həmin şəxslərin hər vəchlə görülən işlərə əngəl törətmək istədiyini qeyd etmişdi.

Xəbər 1276 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +