“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


28.05.2022  15:24 

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan“ festivalında





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalında iştirak edirlər.

XəzərNews.az xəbər verir ki, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış edərək festival barədə məlumat verdi, tədbirin Azərbaycanda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi.

Dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Sancar çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əhəmiyyətini vurğuladı, “TEKNOFEST Azərbaycan” festivalının təşkilinə görə minnətdarlığını ifadə etdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Çıxışlardan sonra festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi oldu.

Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.



Xəbər 4611 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +