“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


17.12.2018  11:45 

Partlayışda yanan iki uşaq da öldü





A+  A-

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 13 yaşlı Əli Müseyibov dünyasını dəyişmiş, 8 yaşlı qardaşı Məhəmmdə Müseyibov və dayısı oğlu 12 yaşlı Sənan Kərimov ağır bədən yanığı ilə Respublika yanıq Mərkəzinə aparılmışdı.
Səhiyyə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, bədən səthinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicə olunan azyaşlıların hər ikisi dünyasını dəyişib:

“Vəziyyətləri ağır idi, görülən tədbirlərə baxmayaraq onları həyatda saxlamaq mümkün olmayıb”.

Qeyd edək ki, "Sputnik Azərbaycan" saytının əməkdaşı hadisə baş verən kənddə olub.

Qonşular bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara ərazidə qaz sızması olması barədə şikayət ediblər:

"Partlayış baş verən evin həyət qapısının önündən keçən yeraltı qaz xəttində 2 aydan çoxdur sızma olub: "Dəfələrlə "104" xidmətinə və Masallı Rayon Qaz İstismar İdarəsinə məlumat vermişdik. Gəlib baxırdılar, deyirdilər ki, "texnikamız yoxdur". Elə hadisə olan gün səhər saatlarında ailə üzvləri tərəfindən "104" xidmətinə zəng edilib ki, qaz sızması var, yenə gəlib baxmayıblar. Hadisə baş verəndən sonra qaz idarəsindən gəldilər. Yeri əvvəlcə əl ilə qazdılar, gördülər ki, qazmaq mümkün deyil, icra hakimiyyətinə müraciət etdilər. Oradan da ekskavator göndərdilər və borunu təmir etdilər. Yəni partlayış olandan sonra boru təmir olundu".

Xəbər 1172 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +