Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub


20.05.2020  13:43 

Magistr disertasiyası necə keçiriləcək?





A+  A-

“Magistratura səviyyəsinin buraxılış kursunda təhsil alan tələbələrdən magistr disertasiyası tələb olunur”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov mətbuat konfransında deyib. Sektor müdiri bildirib ki, hazırkı vəziyyət nəzərə alınaraq disertasiyanın yazılması, təqdim olunması və müdafiəsində güzəştlər edilə bilər:

“Magistratura səviyyəsində təhsil proqramı magistr disertasiyasının müdafiəsi ilə yekunlaşır. Dəyişikliyə əsasən disertasiyanın yazılmasına, təqdim olunmasına və müdafiəsinə qoyulmuş tələblər ali məktəblər tərəfindən müəyyən ediləcək. Təhsil Nazirliyi də bu baxımdan ali təhsil müəssisələrinə qərar qəbul etməkdə sərbəstlik verib.

Bakalavr səviyyəsindən fərqli olaraq buraxılış ilində olan magistrlar üçün magistr disertasiyası qalır. Çünki bu, uzunmüddətli prosesdir. Qanunvericilikdə konkret qeydlər var ki, magistr disertasiyasını müdafiə etmiş şəxslər gələcəkdə təhsilini davam etdirə bilər.

Sadəcə, tələbələrə disertasiya işlərini ertələmək şansı verilə bilər”.

Xəbər 1437 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +