Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir





A+  A-

Bu gün Novruzun son çərşənbəsi, torpağın və həyatın oyandığı İlaxır çərşənbədir.

Xəzərnews.az xəbər verir ki, İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gələn Torpaq çərşənbəsidir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə bəzi bölgələrdə Novruz bayramı qədər təntənəli keçirilir.

İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.

Xəbər 814 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +