Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


22.09.2017  13:54 

Oğul atasıyla anasını öldürüb evdən qaçdı - AZƏRBAYCANDA





A+  A-

Gədəbəy rayonunun Qurudərə kəndində qətl hadisəsi baş verib.
XəzərNews.az DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

***

Gədəbəy rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qurudərə kəndində baş verib.

Belə ki, hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış, o bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-i isə hələlik məlum olmayan səbəblərdən atası, 1931-ci il təvəllüdlü Məsimov Mikayıl Yusif oğlu, anası 1938-ci il təvəllüdlü Məsimova Ayna Hüseyn qızını qətlə yetirib və qaçıb.

Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı da evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyib. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Deyilənən görə, Ş.Məsimov spirtli içki düşkünü olub.

Hazırda onun axtarışları davam edir.

Xəbər 1016 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +