“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


14.02.2019  23:56 

“Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi





A+  A-

Nijnevartovsk bazarlarına nəzarət uğrunda kriminal qruplaşmalar arasındakı mübarizə sui-qəsdlə yekunlaşıb.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buradakı bazarları ələ keçirməyə çalışan azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (Quli) yerli avtoritetlərlə məsələni həll etməsi üçün şəhərə nümayəndəsini göndərib. “Lotu Quli” ilk növbədə “Sibir balaqanı” yarmarkasına və mərkəzi bazarın bir hissəsinə iddialı olub.

Ancaq danışıqlar uğursuzluqla nəticələnib və yerli kriminal avtoritetlərdən biri yaralanıb. Daha sonra milis əməkdaşları Xüsusi Təyinatlı Çevik Dəstə ilə birlikdə nijnevartovsklu avtoriteti yaralayanı yaxalayıblar. Şübhəlilərdən ikisi Kaspiyskdə, biri isə Moskvada tutulub. Onlar hazırda Nijnevartovsk şəhərinə aparılıblar. Cinayətkarlara qarşı “adam öldürməyə cəhd” maddəsi üzrə cinayət işi açılıb.

Güc strukturlarındakı mənbələr Qulinin Nijnevartovsk bazar biznesinə nəzarət uğrunda ilk cəhdinin uğursuz olduğunu, lakin tezliklə “ikinci dalğa”nın olacağını proqnoz ediblər.

Xəbər 1175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +